Pandemiya tələblərinə əməl etmək birmənalıdır

Pandemiya tələblərinə əməl etmək birmənalıdır

Ölkədə hansı vəziyyətin olmasından asılı olmayaraq vətəndaşlar karantin qaydalarına əməl etməlidir

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistanın Azərbaycana qarşı təxribatından sonra Ordumuz əks-hücuma keçərək işğalçı ölkəni yerində otuzdurdu və bu gün də hərbi əməliyyatlar davam edir. Belə bir məqamda dünyanı ağuşuna alan COVID-19-a qarşı mübarizə də davam etməkdədir. Və bu mübarizədə vətəndaşların karantin qaydalarına əməl etmələri "pandemiya müharibəsində" qalib gəlməyin əsas yoludur və bu şərtlərlə yaşamağa məcburdur. Reallıq odur ki, ani bir diqqətsizlik insanların həyatını sual altında qoya bilər. Çünki gözəgörünməz bəla çox təhlükəli, aqressivdir və hansısa səhv ağır nəticələr verə bilər.

Həmişə olduğu kimi, qlobal bəşəri təhlükə yayılmağa başlayandan Azərbaycan dünyanı bürümüş virusa qarşı mübarizədə ən ciddi tədbirlər görmüş ölkələr sırasında nümunəvi ölkə kimi yer alıb. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında pandemiyaya qarşı vaxtında görülən preventiv tədbirlər sayəsində COVID-19-un ölkəmizdə yayılmasının qarşısı alınıb. Amma yenə də ehtiyatı əldən vermək olmaz.

İnfeksiya üzərində üstünlük hər ötən gün daha da möhkəmlənir

Xəstələnənlərin sayına, digər ölkələrin və Ümumdünya Səhiyyə Təşkilatının statistikalarına əsasən, demək olar ki, ölkəmiz virusla mübarizədə irəlidədir. İnfeksiya üzərində bu üstünlük hər ötən gün daha da möhkəmlənərək Azərbaycanda normal həyata dönüşə təkan verir.

Dünya təcrübəsindən də məlumdur ki, yoluxma sürəti yüksək olan bu virusla mübarizənin effektiv nəticəsi məhz qabaqlayıcı, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından asılıdır. Bu baxımdan virusa yoluxmuş şəxslərin düzgün müayinə edilib zamanında aşkarlanması mühüm əhəmiyyət kəsb edir. Ona görə də testlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək, ünsiyyətdə olduqları şəxsləri müəyyənləşdirmək və nəticədə yeni yoluxmaların qarşısını almaq mümkündür.

Seroloji testlərin keçirilməsi üçün ilk mərhələyə start verilib

Azərbaycanda bu istiqamətdə aparılan işlər mühüm qabaqlayıcı və operativ tədbirlər sırasında ilk sırada durur. Laboratoriyaların sayı pandemiya başlayandan qısa müddət ərzində 5 dəfə artırılaraq 6-dan 31-ə çatdırılıb. Yaxın zamanlarda isə bu laboratoriyaların sayının 45-ə çatdırılması nəzərdə tutulur.

Hazırda ölkəmizdə koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin ümumi sayı səkkiz yüz qırx mini ötüb.

Bu həftədən ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Artıq seroloji testlərin keçirilməsi üçün ilk mərhələyə start verilib. Belə ki, çağrı mərkəzindən təsadüfi seçilən şəxslərə zənglər olunur. TƏBİB-in Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova məlumat verib ki, vətəndaş razı olduğu halda könüllülük prinsipi əsas götürülərək qeydiyyata alınır. Vətəndaşın razılığı olduğu halda onun evinə tibbi briqada göndərilir. Testdən keçməyə razılıq verən şəxs istədiyi təqdirdə əlavə olaraq ondan qanın ümumi analizi də götürülə bilər.

Prezident İlham Əliyev: "Postpandemiya dövrünə də hazır olmalıyıq"

"Ancaq əlbəttə ki, biz postpandemiya dövrünə də hazır olmalıyıq və müvafiq göstərişlər verilibdir. Postpandemiya dövrü nə vaxt başlayacaq, bunu hələ ki, heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir. Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir". Bunu avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının videoformatda açılışında deyib.

"Hesab edirəm ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq"

Bəli bu gün hər şey göz qabağındadır, atılan addımlır, görülən işlər və nəticələr. Dövlət başçısı sözügedən görüşdə də bildirib ki, bu dəhşətli vəziyyət arxada qalıb və postpandemiya dövrünə də hazır olmalı, addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq. Həmişə olduğu kimi, dövlət başçımızın vəd etdiyi söz bu günü reallıqda görünməkdədir. Elə bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobillər deyilənlərin əyani sübutudur. Qeyd edək ki, koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir.

Məhz Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülür. Qeyd edək ki, yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə bu günlərdə gətirilib. Yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, "Mercedes Sprinter 416" bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir. Avtomobillər bir neçə xərəklə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuum şina dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib. "Ford Transit" bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib.

Koronavirusun qarşısının alınmasında ilk atılan addımlar…

Prezident İlham Əliyev 17 il ərzində atdığı bütün addımlarla hər bir azərbaycanlının Prezidenti olduğunu, Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarının yanında olduğunu isbatlayır. Artıq aylardır ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər.

Rob Sobhani: "Azərbaycan bir çox ölkələr üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir"

"Azərbaycan dünyada bir çox ölkə üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir". Bunu "Caspian Group Holdings"in baş direktoru, amerikalı ekspert Rob Sobhani deyib.

O bildirib ki, bu çox təhlükəli pandemiyanın qarşısını almaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər aktualdır və təqdirəlayiqdir. Amerikalı ekspert, sosial təcrid tədbirlərini, təhlükəsizlik üçün ictimai yerlərin bağlanmasını və insanları evdə qalmağa çağıran peşəkar şəkildə lentə alınan videoları xüsusi qeyd edib. "Bu tədbirlər sayəsində Azərbaycanda koronavirusdan ölənlərin sayı ümumi əhalinin çox az bir faizini təşkil edir", - deyə amerikalı ekspert vurğulayıb. R.Sobhani, həmçinin Azərbaycanda karantində olan əhaliyə maddi yardım göstərilməsini yüksək qiymətləndirib: "Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müdrik qərarı sayəsində vaxtı ilə ölkədə Dövlət Neft Fondu yaradılıb və Prezident İlham Əliyev bu fondun səmərəli işini təmin edib. Buna görə, bu gün xüsusi karantin rejimi zamanı aztəminatlı ailələrə maddi yardım göstərmək üçün kifayət qədər vəsait var".

Bundan əlavə, amerikalı ekspert qeyd edib ki, koronavirusdan sonrakı dövrdə bütün dünyada, o cümlədən Azərbaycanda da iqtisadi fəaliyyətin mərhələli şəkildə bərpasını təmin etmək lazımdır: "Əminəm ki, Azərbaycan rəhbərliyi karantin rejimindən tədricən çıxmaq və iqtisadi fəaliyyətin tam bərpası üçün effektiv bir plan hazırlayacaq".

Tedros Adhanom Qebreyesus: "Azərbaycan Prezidentinin ilk andan atdığı uğurlu addımlar insan tələfatının az sayda olmasına səsə olub. Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirirəm"

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışarkən bildirib ki, Azərbaycan Prezidentinin ilk andan atdığı uğurlu addımlar insan tələfatının az sayda olmasına səsə olub. tkilətəşəbbüsü ilə keçirilən videokonfrans formatında toplantıda koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıldığını, özünün də həmin toplantıda iştirak etdiyini bildirib. Tedros Adhanom Qebreyesus bu kimi addımları vacib hesab etdiyini vurğulayıb.

ÜST-nin baş direktoru Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb. "Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir", - deyə Tedros Adhanom Qebreyesus bildirib.

Dövlət başçısı çıxışı zamanı bildirib ki, hər bir işdə, ictimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Və dövlət başçısı bir daha bildirdi və tələb etdi ki, görülmüş bütün işlər bir məqsədi güdür ki, bu vəziyyətdən az itkilərlə çıxaq və hesab edirəm ki, biz buna nail oluruq: "Əminəm, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq".

Göründüyü kimi, xalqımız öz lideri ilə qürur və fəxr etməyə böyük haqqı var. İstər bu gün ölkəmizdə işğalçı Ermənistannı mənfur siyasətinə qarşı cənab İlham Əliyevin illərdir dəyişməyən prinsipial mövqeyi, həmçinin belə bir ağır məqamda da koronavirusa qarşı mübarizədə də dövlət başçımızın vəd etdiyi söz bu gün reallıqda görünməkdədir. Çünki ölkədə vəziyyətdən asılı olmayaraq Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Və Prezident İlham Əliyev cənablarının bu döyüşdə bir daha əminliklə söylədiyi: "Azərbaycan xalqı belə şücaətli, igid oğullarımızla qürur duyur və tezliklə bu zəfərlə Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!", həmçini pandemiyaya qarşı mübarizədə Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasətin növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi – "Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə