Paşinyan üçün “Hardtalk” kabusu…

Paşinyan üçün “Hardtalk” kabusu…

Yaxud, qozbeli qəbir düzəldər…

Ermənistanın Azərbaycana əsassız ərazi iddiasının, davam edən işğal rejiminin düşmən ölkəyə "bəxş etdiyi" ən pis sürpriz onun bütün regional iqtisadi və energetik, kommunikasiya layihələrindən kənarda, blokada rejimində saxlanmasıdır. Bunu da ən birinci səbəbi ölkəyə rəhbərlik edənlərin işğalçılıq siyasəti aparmasıdır ki, bu günə kimi Ermənistan özünün sovetdən qalma rüşeym iqtisadiyyatı ilə on illərdir ki, dünya iqtisadi sisteminə çıxış əldə edə bilməyən və inteqrasiya oluna bilməyən işğalçı ölkə nəticədə tullantı ölkəyə çevrilib. Bu prosesin daha sürətlə baş verməsinin səbəbi isə, sərsəm, siyasi savaddan uzaq olan Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən daha çətin anlar yaşandı. Yeni hakimiyyət də əvvəlkilər kimi reallığı ört-basdır etməklə hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulayırlar. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru, nə də Paşinyan təfəkkürü qabil deyil.

Rusiyalı ekspert Aleksandr Duqin də Ermənistanın öncə beş rayonu boşaltmasının zəruri olduğunu vurğulayıb. Bundan sonra nizamlama prosesinin növbəti mərhələlərinə keçmək olar. Digər ekspertlərin də fikirlərini xatırlatmaq olar. Lakin onların hamısının bir ortaq fikri var: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çəkməlidir. Burada reallıq aydın görünür. Rəsmi İrəvan nə qədər söz hoqqabazlığı etsə də, ondan indi hər kəs zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bunun hansı formatda ediləcəyi məsələsi artıq danışıqların predmetidir. Hər bir halda aydındır ki, əsas şərt Ermənistanın təcavüzkar olaraq Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmasından ibarətdir.

Buradan sadə bir məntiqi nəticə alınır: Ermənistanın problemin həlli ilə bağlı təsəvvürləri ilə reallıq arasında dərin bir ziddiyyət mövcuddur. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dəm vur və ya başqa tarixi "faktlar" gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!

Göründüyü kimi, mövcud vəziyyət tamamilə Paşinyanın əleyhinə işləyir. Şantaj, təhdid, siyasi rəqiblərin sıradan çıxarıldığı, müstəqillik dövründə heç bir demokratik seçki keçirtmək təcrübəsinə malik olmayan bir dövlətdə bir ay içərisində demokratik seçkilərin təşkil olunacağı vədi isə boş sözlərdən başqa bir şey deyil.

Baş verənlər onu deməyə əsas verir ki, Nikol Paşinyan saxta və köhnəlmiş fikirləri təkrarlamaqla məşğuldur. Belə bir müqayisə də yerinə düşər ki, Nikol Paşinyanla Qorbaçovun Azərbaycan üçün elə bir fəqri yoxdur, çünki hər ikisi işğalı təfəkkürə maliklilər. Ona görə də, Nikolş hansı donu geynirsə geyinsin, yamağı görünür. Çünki yalan ayaq tutur, ancaq yermir. Yerisə belə uzağa gedə bilmir. Çünki onun geydiyi papışlar bünövrədən cırıqdır.

Quldur Paşinyanın quldur siyasəti…

İstər Petrasyan, istər Sarkisyan, istərsə də Paşinyan olsun Ermənistanda baş verən ictimai-siyasi gərginlik, problemlər bitib-tükənmir və hakimiyyətdə özbaşınalıqlarından cana doymuş eroməni xalqı artıq ayağa qalxmaqdadır.

Etirazçılar bildirirlər ki, əvvəlki quldur rəhbərlərdən Paşinyan heç də fərqlənmir. Və erməni xalqı bilir ki, hakimiyyətə yalan vədlərlə gəlib və aksiyalar davam edən Nikol Paşinyan bilməlidir ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: necə deyərlər, Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır. Fərsiz və savadsız baş nazirin quldur siyasəti erməni xalqının hiddətinə və etirazına səbəb olub. Erməni KİV-lərin məlumatına görə, ölkədə artıq mitinqlərə start verilib. Xüsusilə də, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın BBC-yə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər ona xalqı ilə ciddi problemlər yaradıb. Çünki dedikləri ilə əməlləri üst-üstə düşmür.

Bu gün iqtisadi problemlər məngənəsində boğulan Ermənistanda iqtisadi problemlər daha da artaraq pik nöqtəsinə çatıb. Ən əsas problem isə, bütün bəşəriyyəti bürüyən «COVID-19»la mübarizəsdə də Ermənistan daha ciddi uğursuzluqlar əldə edib. Bütün bu problemlərlə növbəti kabus isə iyulun 12-də Paşinyanın Tovuzda qəflətən Azərbaycana qarşı təxribatı idi. Hakimiyyətə gəlməklə Paşinyan sərsəm bəyanatları ilə elə ilk gündən Rusiya ilə Ermənistan arasında gərginlik yaratdı. Siyasətdən bixəbər olan küçə «demokrat» Paşinyan elə zənn etdi ki, təxribat törətməklə hər şeyə nail ola biləcək. Alınmayanda başladı Rusiyanın ünvanına sərsəm bəyanatlar verməyə. Nəticə nə oldu. Elə iyulun 12-də qəflətən Azərbaycan sərhədlərini pozaraq Tovuz istiqamətində təxribat törətmək istədi. Nəticədə də güclü Azərbaycan Ordusu və əzmkar əsgərlərimizin rəşadəti nəticəsində erməni dığalarını yerində otuzdurdu. Bax, budur, Paşinyanın "siyasəti".

Tarixi başdan-başa saxtakarlıqlardan, xalqımıza qarşı soyqırımlardan, quldurluqdan ibarət olan cinayətkarlar, oğrular, saxta demokrat cildinə girmiş diktatorlar ölkəsi hər addımı ilə öz sonunu yaxınlaşdırır. Elə Nikol Paşinyanın BBC-nin "HARDtalk" proqramına verdiyi müsahibəni izləməklə bir daha şahid olursan ki, Ermənistanın baş naziri Paşinyan siyasi lider olaraq, acizanə və rəzil duruma düşməsi bir daha onun savadsızlığını göstərir.

Ən maraqlı məqam isə, iqtisadi durumda yaşayan erməni xalqının rəhbəri müsahibə zamanı…

Erməni xalqı şokda: Paşinyan BBC-yə 1,3 milyon dolarlıq saatla çıxıb

Göründüyü kimi, Nikol Paşinyan üçün “Hardtalk” kabusu hələ bitməyəcək. Çünki ianələr hesabına ayaqda zorla duran işğalçı ölkənin baş nazirinin dünya ictimaiyyətinin qarşısına 1 milyon 300 min dollarlıq qol saatı ilə çıxması erməni xalqını həm şoka salıb, həm də bir daha küçə «demokratının» bir daha iç üzünü – quldur, oğru olduğunu sübuta yetirib. Paşinyanın qoluna taxdığı bahalı – “Patek Philippe” brendinin “500 2P” (rose gold) markalı saatından dünyada cəmi 999 ədəddir. Onun da biri kasıb ölkənin baş nazirindədir. Bu brendə məxsus qızıldan olan “5002P” markası 1,3 milyon dollara satılır. Platin “5002P” isə 1,1 milyon dollara təklif olunur. Tərkibi ağ qızıldan ibarət olan “5027G” markasının minimum qiyməti 877 min dollar təşkil edir.

O zaman belə bir sual ortaya çıxır: 1.3 milyon dollar dəyəri olan «Patek Philippe» qol saatı Ermənistanın baş nazirində haradandır? Aylıq maaşı təxminən 4500 dollar olan baş nazir belə bir saatı almaq üçün gərək bundan sonra 45-50 il də baş nazir vəzifəsində işləsin. Cəmi iki il əvvəl – yəni, yenicə baş nazir seçiləndə Paşinyanın qolundakı saatın ümumi dəyəri cəmi 200 dollar idi.

Buradan belə nəticə çıxır ki, Nikol Paşinyanın özünün və ailəsinin adının qaçaqmalçılıq məsələlərində hallanması iddiaları həqiqətdir, quldur, oğurluq və rüşvətxorluqla işini aparır. Beləliklə, uğursuz müsahibə Paşinyanın ölkəsində imicini yerlə bir etdi.

"Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir"

Azərbaycan Prezident İlham Əliyev çıxışdarında erməni tərəfinə dəfələrlə sərt xəbərdarlıqlar edərək bildirib ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz və işğalçı ölkəni quldur dəstələr idarə edir: "Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi".

Prezident İlham Əliyev onu da bildirib ki, işğalçı ölkədə korrupsiyaya qurşanmış oğru rejimi höküm sürdüyünü erməni xalqı da deyir: "Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir".

Beləliklə aydın görünür ki, Ermənistanın siyasi rəhbərliyi çox çətin və ziddiyyətli vəziyyətə düşüb və atdığı addımları erməni cəmiyyətindən gizlətməyə məcburdur. Çünki Azərbaycan bütün sahələrdə, o cümlədən ordu quruculuğunda Ermənistandan dəfələrlə irəlidə olduğunu əyani göstərib. Bu, həm yeni silahlarla təminatda, həm də Aprel və Naxçıvan döyüşlərində özünü göstərməklə Ermənistandan xeyli güclü olduğunu sübut etdi. Və onu da Ermənistan rəhbərliyinə sübut etdi ki, istənilən anda Azərbaycan Ermənistanı məhv edə bilər. Bütün bunlar isə, Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində əldə olunur. Bunu erməni ekspertləri də bildirirlər ki, Rusiya, Belarus və Qazaxıstan Azərbaycan Prezidenti ilə daha çox ünsiyyətdə olur, onunla əməkdaşlığı inkişaf etdirirlər. Bunun fonunda isə N.Paşinyanla görüşməyə belə həvəsli görünmürlər. Eyni zamanda, Amerika və Avropa ölkələri də Azərbaycanla əməkdaşlığa çox ciddi münasibət göstərirlər. N.Paşinyan isə real heç nə əldə edə bilmir.

Bir sözlə, işğalçı ölkənin fərsiz, savadsız, oğru, quldur və faşist xislətli rəhbəri Nikol Paşinyanın simasından da görünür ki, o, qorxaqdı və ciddi siyasi qərarlar verəcək qabiliyyətdə deyil. Ən çox da Paşinyan Prezident İlham Əliyevlə üz-üzə gəlməkdən çəkinir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev cənablarınnı tutarlı tarixi faktları qarşısında diz çöküb, sınıb. Görünür məhz buna görə də, hər vəclə təxribata əl atır və danışıqları pozur. Əlbəttə, gün kimi aydındır ki, bir jurnalistin sualları qarşısında dili topuq vuran Paşinyan üçün xarizması və praqmatik siyasi gedişləri ilə dünya liderləri sırasında özünəməxsuz yeri və möhkəm mövqeləri olan Azərbaycan Prezidenti İlham Əliyevlə üz-üzə gəlmək çox çətin məsələdir... Odur ki, zəif və prinsipsiz “Soros uşağı”nın təxribatlara əl atmasında da təəccüblü heç nə yoxudr. Və Paşinyanın növbəti – “BBC” rüsvayçılığı dünyanın istehza HƏDƏFİNDƏ qalmaqdadır. Görünür, Nikol Paşinyan üçün “Hardtalk” kabusu hlə bitməyib…

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə