Naxçıvan Qarnizonu Qoşunlarının komanda-qərargah məşqi keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən birləşmə və hissə qərargahlarının cəlb edilməsi ilə müdafiə əməliyyatına hazırlığın təkmilləşdirilməsi üzrə komanda-qərargah məşqi keçirilib. SİƏlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, növbəti birgə komanda-qərargah məşqində əsas diqqət qoşunların qısa zamanda döyüşə hazır olmasının təmin edilməsi üzrə tapşırıqların icrasına yönəldilib. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və resursları nəzərə alınmaqla birləşmə və hissələrin komplektləşdirilməsinin yeni bir modeli üzərində tapşırıqlar dəqiqləşdirilib. Komanda-qərargah məşqində komandir və qərargahların yaranmış əməliyyat şəraitində qərarqəbuletmə vərdişləri təkmilləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə