Xalqın sağlamlığı dövlətin diqqət mərkəzindədir

Bu gün koronavirus ( COVİD-19) pandemiyası bütün dünyanı sınağa çəkir, təhlükə yaradır. Belə gərgin dönəmdə möhtərəm prezidentimiz İlham Əliyevin güclü, qətiyyətli ,uzaqgörən rəhbərliyi nəticəsində Azərbaycan bu təhlükəli vəziyyətdən ən az sayda itkilərlə çıxan ölkələr arasında yer aldı.Yoluxmanın qarşısının alınması üçün vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində xalqımızın firavan həyatı təmin edildi.Məhz buna görədir ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycan dövlətini örnək kimi göstərir. Çətin sınaq günlərində Prezident İlham Əliyev öz ölkəsində xalqının sağlamlığı naminə gördüyü işlərlə yanaşı növbəti bir uğura imza atdı.

Dünyanı cənginə alan pandemiya ilə mübarizədə beynəlxalq səviyyədə ümumi səyləri gücləndirməyin tərəfdarı kimi 120 ölkənin təmsil edildiyi zirvə konfransına sədrlik etdi. Bu görüşün ciddi bir müstəviyə gətirilməsi çox böyük önəm kəsb etməsi və “COVİD 19 –a qarşı birlikdəyik” mövzusunda keçirilən videokonfransın koronavirusla mübarizədə effektiv rolu bu gün danılmazdır. Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərinin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal problemlərin həllində və həmrəyliyin möhkəmləndirilməsində əhəmiyyətli olduğu anda ölkə prezidentinin təşəbbüsü ilə baş tutan zirvə görüşü təqdirəlayiq addımlardandır.

İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı naminə atdığı ilklər uğurla nəticələnərək dünya liderlərinin də marağına səbəb olur.

Prezident İlham Əliyevin 30.12.2019 – cu il tarixli sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək ,onlarda sosial məsuliyyət hissini artırmaq , gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə məqsədilə 2020 –ci il “Könüllülər ili”elan edildi. Tez bir zamanda geniş vüsət tapan sağlam düşüncəli gənclər sosial həyata atılaraq öz fəallıqları , innovativ fikirləri , layihələri ilə seçildilər. Könüllülərin ictmai fəaliyyəti onlara zəngin təcrübə qazandırdı. İstər yerli, istərsə də beynəlxalq tədbirlərə qatılan bu gənclər ciddi uğurlu nəticələr əldə etdilər. Qısa zaman çərçivəsində könüllülük milli birlik və vətənpərvəlik məktəbinə çevrildi. Ümummili hərəkata çevrilib gəncləri vahid ideya uğrunda birləşdirdi. Pandemiya ilə mübarizə dönəmində də bu könüllülər sağlam düşüncələri , çeviklikləri ilə lazımi yerlərdə gərəkli mövqe tutaraq , xalqla bir olduqlarını nümayiş etdirdilər. Dövlətçilik prinsiplərinə söykənərək hər bir sahədə insanlara dəstək oldular.

Bütün gücünüzlə daima xalqın yanında olduğunuz üçün Sizə minnətdarıq , Cənab Prezident.

Hacıyeva Afaq, Nəsimi rayon təhsil işçisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...