"Sizin yanınızdayıq və səsinizə səs veririk" MƏKTUB

"Sizin yanınızdayıq və səsinizə səs veririk" MƏKTUB

Azəbaycan Respublikası Prezidentli İlham Əliyevə təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA sizə Lerik, Gəncə və Bərdə rayonundan olan vətəndaşların Prezidentə ünvanladığı məktubları təqdim edir:

Möhtərəm cənab Prezident.

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, rəhbərliyinizlə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr bir vətəndaş kimi məndə qürur hissi doğurur. Hər gün müxtəlif informasiya vasitələrindən dünya üzrə pandemiyaya yoluxanların və ölənlərin sayını öyrənirik. Bizdə bu rəqəmlərin qat-qat aşağı olması məhz Sizin vaxtında həyata keçirdiyiniz məqsədyönlü tədbirlərin nəticəsidir. Siz hər bir vətəndaşın Prezidentisiniz. Bunu atdığınız hər addımda, xüsusilə bugünkü çətin dövrdə sübut edirsiniz.

Cənab Prezident, daim Sizin yanınızdayıq və səsinizə səs veririk. Biz birlikdə güclüyük!

Hörmətlə,

Rəsulov Coşqun Şağı oğlu, Lerik rayonu, Vistən kəndi.

Əziz Prezidentimiz.

Mən bir təhsil işçisi olaraq apardığınız uğurlu siyasətinizi yaxından izləyir və tam dəstəkləyirəm. Son zamanlar dünyada və ölkəmizdə baş verən hadisələrlə əlaqədar Sizin təəssübkeşliyinizdən və fədakarlığınızdan qürur hissi duyuram. Koronavirusa qarşı vaxtında həyata keçirdiyiniz profilaktik tədbirlərin səmərəsini və müsbət nəticələrini hamımız görürük. Sizin istər siyasi, istərsə də sosial sahədə atdığınız hər addımınız demokratik və humanist ideyalara söykənir.

Əziz Prezidentimiz, tarix hər zaman öz liderlərini yetişdirir. Siz müstəqilliyimizi, rifahımızı bizə bəxş edən dahi liderimizin xalqımıza miras qoyduğu siyasətin ən uğurlu və layiqli davamçısısınız. Biz Sizi hər zaman dəstəkləyirik və Sizə inanırıq.

Hörmətlə,

Əlizadə Səbinə Qiyas qızı, Gəncə şəhəri.

Hörmətli cənab Prezident.

Sizin koronavirus pandemiyasına qarşı mübarizə sahəsində imzaladığınız sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyə və təşəbbüsləri dəstəkləyirik.

Vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminik.

Cənab Prezident, Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Bərdə rayonunun sakinləri adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız qətiyyətli və humanist addımlar öz bəhrəsini verəcəkdir.

Hörmətlə,

Nəcəfova Sənubər, Nüsrət Məmmədov, Hacıyev İsmət, Nayıbov Səfiyar, Bərdə rayonu.

Bütün xəbərlər Facebook səhifəmizdə