“Dövlət imtahanı”: həm virusdan, həm də korrupsiyadan təmizlənmə" ÖZƏL - MÜNASİBƏT

"Dünyanın bir parçası olaraq Azərbaycan da koronavirus pandemiyası ilə üz-üzədir. Amma hazırda ölkədə təkcə "COVID-19"la mübarizə aparılmır. Dövlət cəmiyyətin həm fiziki, həm də mənəvi baxımdan sağlam olması, saflaşdırılması istiqamətində bütün gücünü səfərbər edib". Bu sözləri SİA-ya açıqlamasında YAP Nəsimi rayon təşkilatının üzvü, Filologiya üzrə fəlsəfə doktoru Bənövşə Məmmədova deyib.

Onun sözlərinə görə, istər yerli icra strukturlarında, istərsə də yüksək çinli məmurlar arasında rüşvətxorluq və korrupsiya hallarına qarşı mübarizə aparılır:

"Ən əsası bu mübarizə koronavirus epidemiyası fonunda da həyata keçirilir. Epidemiya başlayar-başlamaz ilk olaraq ölkə başçısı İlham Əliyev fərdi nümunəsini ortaya qoydu – illik əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməklə. Lakin bəzi məmurlar, yerli icra hakimiyyəti nümayəndələri vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xalqa edilən yardımları mənimsəməkdən çəkinmirlər. Son bir neçə ay ərzində rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs edilməsi buna misaldır. Belə görünür, dövlətin büdcəsini talamağı qarşısına məqsəd qoyan bəzi icra başçıları vətəndaşlara vicdanla xidmət etmək missiyasını unudublar.Halbuki ölkədə uzun illərdir anti-korrupsiya siyasəti aparılır, qurumların faəliyyətinin elektronlaşdırılması ilə həm də rüşvət hallarının qarşısının alınması istiqamətində işlər görülür. Artıq yeni dövr başlayır. Ölkələrin buna hazır olub-olmaması, yaşayış səviyyəsi və inkişaf dinamikası sıralamasında hansı yeri tutmağından asılıdır. Bu sınaq insanları həm də mənəvi sağlamlığına qovuşduracaq. Bunun adına "Dövlət imtahanı" da deyə bilərik. Bütün çətinliklərə qarşı mübarizdə ortaya qoyduğu böyük güc və iradə sayəsində dövlətimizin bu imtahandan uğurla çıxacağı gün uzaqda deyil".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə