Prezident İlham Əliyevin qətiyyəti - MƏQALƏ

Dünyanın pandemiya təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda ölkəmizdə müşahidə edilən müsbət tendensiya, heç şübhəsiz, müdrik idarəçiliyin göstəricisidir. Faktiki olaraq, dünya insanı ölümcül təhlükə ilə qarşılaşıb, amma digər tərəfdən dünya iqtisadiyyatı da böhran vəziyyətinə düşüb. Lakin belə bir zamanda Azərbaycanda istər pandemiya ilə mübarizə, insanlarımızın həyatının qorunması, istər iqtisadiyyatımızın davamlılığının təmin edilməsi, istərsə də dövlət təhlükəsizliyinə yönəlmiş cinayətkarlığın qarşısının alınması işləri yüksək peşəkarlıqla icra edilir. Bu Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Mənə elə gəlir, Azərbaycan da bu günlər görülən çoxşaxəli işlər böhran zamanı idarəetmənin ən ideal nümunəsidir.

Ölkə rəhbərinin mərkəzi və yerli icra hakimiyyəti orqanların da apardığı struktur islahatlarının, onların qarşısında qoyduğu yeni tələblərin məqsədi dövlət müstəqilliyini daha da möhkəmləndirmək, vətəndaş məmnunluğunu artırmaqdır. Öz Prezidentinə güvənən və onun siyasətini dəstəkləyən Azərbaycan vətəndaşları əmindirlər ki, dövlətimizin başçısının qanunverici, icraedici və məhkəmə hakimiyyəti, habelə maliyyə sistemində apardığı islahatlar dövlət idarəetməsinin səmərəliliyini artıraraq, ilk növbədə, vətəndaşların maraqlarına xidmət edəcək, ölkənin davamlı inkişafına zəmin yaradacaqdır. Bu islahatlar mövcud pandemiya şəraitində də bir an da olsun dayanmamışdır.

Hazırda bütün dövlət orqanları, hakimiyyətin bütün qolları Azərbaycanın COVİD-19 adlı bu qlobal bəladan maksimum az zərərlə çıxması üçün ləyaqətlə əməli tədbirlər görürlər. Bu işə xilaskarımız Heydər Əliyevin adını daşıyan Fond və bu fondun rəhbəri Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla Azərbaycanın ləyaqətli iş adamları, yardımsevər insanları qoşulublar. Pandemiyadan xilas ümumxalq işinə çevrilib.

Lakin ürəkağrısı ilə demək lazımdır ki, belə bir durumda dövlətin, Heydər Əliyev Fondunun insanlarımıza uzatdığı xeyirxah əli kəsən, kasıbın, imkansızın qisməti olan süfrəsinə qoyacağı bir parça çörəyə göz dikən məmurlar da vardır. Onlar bu əməlləri ilə dövlətimizə, dövlətin dayaqlarına zərbə vuran ən qatı cinayətkarlar və bu xalqa, millətə, dövlətə xəyanət edən insanlardır. Onların da cəzası, şübhəsiz, ağır olacaq. Çünki buna Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və geridönməz siyasəti əsas verir. Bu prosesdə dərs çıxarası və nümunə götürüləsi çox önəmli məqamlar vardır. Prezident cənab İlham Əliyev çıxışlarının birində vurğulamışdır ki, korrupsiaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaqdır. Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaqdır. Bu sözlər bu gün artıq öz real təsdiqini tapır. Davamlı olaraq aparılan bu mübarizədə Prezidentin sərgilədiyi iki cəhət mənim diqqətimi daha çox cəlb etdi. Bunlardan biri qətiyyət, digəri isə mərhəmətdir. Cənab Prezident tez-tez istər insanlarla görüşlərində, hansısa müəssisənin açılışında, yaxud qəbullarda məmuralara dəfələrlə bildirir ki, bu əməllərindən əl çəksinlər. Bu yoldan qayıtsınlar. Çünki onların yaxşı və yaxşı olmayan əməllərinin hər birindən Prezident xəbərdardır. Lakin buna məhəl qoymadan yenə də ehtiyac içində olan insanların ruzisinə göz dikən məmurlarla mübarizədə Prezidentin göstərdiyi qətiyyət daha çox diqqət cəlb edir. Çünki hələ illər öncə “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” deyərək başlatdığı müqəddəs missiyanı xalqa arxalanaraq davam etdirmək cənab İlham Əliyevin müqəddəs amalına çevrilib. Məhz bu amal Azərbaycanı korrupsiya kimi dövləti içdən yeyən bəladan, xalqı hakimiyyətə qarşı qaldıran əsas problemdən xilas edəcək. Bu məsələdə bütün Azərbaycan xalqı, bu günkü pandemiya şəraitində çətindurumda yaşasa belə,dövlətini düşünən sadə, zəhmətkeş azərbaycanlı Prezidentin arxasındadır. Xalqa arxalanmaq, xalqdan güc almaq cənab İlham Əliyevi bu işlərdə daha mətanətli və güclü edir.

Cənab Prezidentin həyata keçirdiyi anti-korrupsiya siyasəti ölkəmizdə belə bir qənaəti tam olaraq formalaşdırdı: indi Azərbaycanda məmur olmaq imtiyaz deyil, məsuliyyətdir. Xalq, dövlət, ədalət mühakiməsi qarşısında məsuliyyət. Lakin Prezidentin dəfələrlə bildirməsinə baxmayaraq, bunu hələ də dərk etməyən məmurlar qalmaqdadır. Onların hər birinin qanunazidd əməlləriilə Dövlət Təhlükəsizlik Xidməti məşğul olur. Bu artıq dövlətin korrupsione rməmurlara qarşı apardığı siyasətdə qətiyyətin göstəricisidir. Çünki dövlətin, xalqın malını mənimsəyən şəxs məhz dövlətin sütunlarına, hakimiyyətin mənbəyinə zərbə vurur.

Onun cəzası da dövlət əlehinə cinayət kimi təsbit edilir və göründüyü kimi cəzalandırma bu istiqamətdə naparılır.
Azərbaycan dövlətinin sabahı, Azərbaycan vətəndaşının rifahı üçün gördüyünüz işlərdə Tanrı da, xalq da daima Sizinlə olacaq. Yorulmayasınız, CənabPrezident!

Sərraf Hüseynov,
Azərbaycan Dillər Universiteti rektorunun müşaviri, ADU üzrə YAP ilk ərazi təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...