Prezident İlham Əliyev: "Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir"
Bəli, hələ də erməni xalqı anlamır ki, Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki küçə "demokratı" başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızlırın uğursuz hakimiyyət "siyasətinin" əziyyətini elə sadə erməni xalqı çəkir. İşğalçı və quduzlaşmış Paşinyan bu günə kimi hansı qələtləri etməyib? "Qarabağ Ermənistanındır, vəssalam!" böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı "NİDA!" olmalı idi. Ən əsas məqam isə, Nikol bu cavabı nəinki öz ölkəsində, hətta bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsi qarşısında almaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir "düz yola gəlin" mesajı idi və bununla Azərbaycan dövlət başçısı bu məsələni dəfələrlə təkrar çatdırıb: "Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir".
Bax, bu günlərdə Azrbacan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşündə də iştirak edən dövlət rəhbərləri də Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiklərini bildiriblər. Və əvvəlki və mayın 4-də Bakıda keçirilən Zirvə görüşündə 120 dövlətin nümayəndəsi Azərbaycanın ərazi bütövlüyü təmin olunmasını təsdtiq edərək, Ermənistanı işğalçı ölkə adlandırması isə bir daha Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin, Azərbaycan xalqınnı ən yüksək QƏLƏBƏSİDİR.
Məhz Paşinyan və onun ətrafında olan anlamazlıqlara real cavab: "Qarabağ Azərbaycanındır və nida işarəsi" və "Ermənistan işğalçı dövlətdir!" ifadəsini əvəz edən digər fikir ola bilməz. Prezident İlham Əliyev bütün çıxışlarında dəfələrlə xatırlatdığı BMT TŞ-nin Qarabağa dair 4 qətnaməsində də ərazi bütövlüyü prinsip əksini tapıb və Ermənistan işğalçı kimi göstərilib. Və bu gün Azərbapycan Prezidentinin apardığığı xarici, ümumiyyətlə bütün sahələr üzrə əvəzolunmayan siyasəti məhz dövlət başçısının düşünülmüş siyasətinin uğurlu nəticəsidir. Ermənistanın siyasi isteblişmentində güclü təlaş yaradan məqam da elə budur.
Lakin işğalçı ölkə olan Ermənistanın xarici işlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı azad şəkildə ifadə etməkdən danışır. Hərbi işğal şəraitində hansı təhlükəsizlikdən danışmaq olar? Bir ölkə tərəfindən digər ölkənin ərazilərinin işğalı faktının özü elə davamlı təhlükə mənbəyi deyilmi? Qarabağın əhalisinin üçdəbirinin öz daimi yaşayış yerlərindən didərgin salındığı və 30 ilə yaxındır ki, evlərinə qayıtmaq imkanından və öz bölgələrinin gələcəyinə dair azad iradə nümayiş etdirilməsindən məhrum olduqları bir vaxtda nə Qarabağ əhalisinin təhlükəsizliyi, nə də azad iradənin nümayiş etdirilməsindən danışmaq olmaz.
Azərbaycan XİN Paşinyanı ifşa etdi - "Ermənistan rəhbərliyi dərk etməlidir ki..."
Göründüyü kimi, anlamayanı anlatmaq olmaz. Bir də «40-ında öyrənən görunda çatlar». Elə bu anlamazlığın və işğalçılıq «siyasəti»nin nəticəsidir ki, Ermənistanın baş naziri N.Paşinyanın parlamentdə çıxışı zamanı münaqişənin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişilmədiyi barədə bəyanatını şərh edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarsəinin rəisi Leyla Abdullayeva bildirib ki, bu bəyanatı ilə Ermənistan baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olur: «Bu bəyanat kimin danışıqlardan imtina etdiyini, kimin beynəlxalq ictimaiyyətin, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, beləliklə də kimin münaqişənin tənzimlənməsinə maneə olduğunu açıq şəkildə göstərir.
Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir".
Və göründüyü kimi, Ermənistan nə qədər təxribat və sərsəm bəyanatlar səsələndirsə də, Paşinyan və komandası da daxil, bütövlükdə erməni toplumunun qurtuluşu, xilası məhz elə Azərbaycanla bağlıdır.
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının «Düz yola gəlin»esajına əməl etməyin vaxtıdır. Çünki Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox belə böyük diplomatik uğurlara imza atacağının şahidi olacaqlar. Necə deyərlər «sonrakı peşimançılıq fayda verməz».
Paşinyan bütövlükdə öz xəstə komandası ilə birlikdə bu oyundan geri çəlməyin vaxtıdır
Çünki bu gün dünyanın böyük dövlətlərinin başçıları dəfələrlə bəyan ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll oluna bilər. Bütün bu deyilənlər bir daha sübut edir ki, işğalçı ölkənin işğalçı baş naziri Paşinyan bütövlükdə öz xəstə komandası ilə birlikdə bu oyundan geri çəkilsin. Çünki keçirilən son görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı artıq Ermənistan cəmiyyətində Paşinyan rejiminə qarşı böyük nifrət və inanmazsızlıq formalaşdırdı. Və nəticədə 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyətinin birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan Ermənistanın işğalçı dövlət olması ilə bağlı qəti mövqeyi Azərbaycanın xarici siyasətimizin uğuru ilə yekun NİDASINI qoydu.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu gün demək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qalmır: "Aprel hadisələrindən sonra, ilk növbədə, dünya ictimaiyyəti, vasitəçiliklə məşğul olan beynəlxalq qurumlar, təşkilatlar bir daha əmin oldular ki, Azərbaycan xalqı ərazilərinin işğal altında qalması ilə barışmayıb və barışmayacaq. Bu, Ermənistan hakimiyyəti üçün də bir dərs olmalıdır. Yəqin ki, onlar lazımi nəticələr çıxaracaq və danışıqlar prosesində konstruktiv mövqedən çıxış edəcəklər. Uzun müddət davam edən status-kvo tezliklə dəyişməli, münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan əsgəri "hərbi yolla Dağlıq Qarabağ münaqişəsinin həlli yoxdur" fikrini təkrarlayanlara real şəkildə sübut etdi ki, hərbi yolla torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi mümkündür və bu məsələ ən qısa vaxtda öz həllini tapmalıdır".
Bir sözlə, Ermənistan nə qədər təxribat və sərsəm bəyanatlarla çıxış etsə də, reallıq budur: təcavüzkar quduzlaşmış işğalçı Ermənistan zəbt etdiyi torpaqlardan çıxmalıdır, VƏSSALAM, BAŞQA YOL YOXDUR!!!
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB