Daxili təlabatı yerli istehsal hesabına təmin edəcəyik AÇIQLAMA

"Azərbaycan Respublikası Prezidentinin Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyduğu tapşırıqlara uyğun olaraq ölkədə məhsuldarlığı artırmağı hədəfləyirik. Nazirlik bütün məhsullara olan daxili təlabatı yerli istehsal hesabına ödəmək istiqamətində siyasət yürüdür". Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Azərbaycanın kənd təsərrüfatı məhsullarının təlabatının daxili istehsal hesabına təmin olunması məsələsindən danışarkən deyib.

O bildirib ki, bununla bağlı ötən ildə yüksək göstəricilər əldə edilib. Bütün sahələrdə, xüsusilə də taxılçılıqda, pamıqçılıqda və baramaçılıqda bu istiqamətdə işlər davam etdirilir:

"Prezident İlham Əliyevin imzaladığı dövlət proqramları müxtəlif sahələrin inkişafı ilə bağlı, məsələn üzümçülük, taxılçılıq, panbıqçılıq, baramaçılıq, ipəkçilik, indi isə meyvəçiliklə bağlı dövlət proqramları hazırlanır. Bu dövlət proqramlarında hədəflər müəyyənləşir. Nazirlik də öz işini bu istiqamətdə qurur.

Bütün bunların nəticəsi kimi ötən il kənd təsərrüfatının əsas aparıcı sahələrində, ənənəvi sahələrində əvvəlki ilə nisbətən məhsuldarlıqda yüksək artım qeydə alınıb. Rəsmi statistikada ölkəmizin kənd təsərrüfatı məhsullarının çoxunun ixrac potensialı yüksəlib".

Vüqar Hüseynov bildirib ki, Nazirliyin nəzdində fəaliyyət göstərən elmi tətqiqat müəssisələri günün çağırışına uyğun olaraq yeni sortların yaradılması istiqamətində elmi işlər aparır:

"Sortlar üzərində iş aparılır. Bilirsiz ki, iqlim dəyişir, zərərvericilər və xəstəliklər artır, bu xəstəliklərə davamlı və daha məhsuldar sortların yaradılması lazım gəlir.

Dövlət tərəfindən elmi tətqiqat institutları qarşısına qoyulan əsas məsələlərdən biri də toxumçuluqda xaricidən asılılığı azaltmaq və bu istiqamətdə yerli toxumçuluğu inkişaf etdirməkdir.

Məsələn ölkədə kartofa böyük təlabat var. Ölkədə ən çox istehlak olunan kənd təsərrüfatı məhsuludur. Toxuma olan təlabat ildən ilə dəyişir, çünki kənd təsərrüfatına getdikcə maraq artır və kənd təsərrüfatı gəlirli bir sahəyə çevrilir. Ona görə də təlabat ildən ilə dəyişir. Bu artıma uyğun olaraq yerli istehsal kartof toxumçuluğunun inkişafında maraqlıdır. Çalışacağıq ki, bu sahədə daxili təlabatı yerli istehsal hesabına təmin edək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...