Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi SİA-ya məlumat verib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə