"Gələcəyə könüllü - Azərbaycan gəncliyi" adlı tədbir keçirilib

"Gələcəyə könüllü - Azərbaycan gəncliyi" adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı 2 Fevral Gənclər Gününə həsr edilmiş "Gələcəyə könüllü - Azərbaycan gəncliyi" adlı tədbir keçirib. Tədbirdə rayonun fəal gəncləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva tədbir iştiirakçılarını gənclər günü münasibətilə təbrik edib. Gənclərin öz köklərinə və milli-mənəvi dəyərlərinə bağlı, azərbaycançılıq ideologiyasına sadiq, əyilməz və tükənməz güc olduğunu söyləyib. Bu gün dövlətimizin gənclərin gücünə inandığını və bütün sahələrində bu gücdən istifadə edildiyini vurğulayıb. Həmçinin, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu günün əhəmiyyətindən danışaraq, dövlət- gənclər siyasətinin uğurlarından bəşs edib. O, bu günlərdə ölkəmizdə parlament seçkilərinin keçiriləcəyini diqqətə çəkərək, gənclərin hər birini seçkilərdə fəal iştirak etməyə və ölkənin əlamətdar tarixində demokratik dövlətimizin onlara nəsib etdiyi seçki hüququndan yaralanmağa çağırıb.

Tədbirdə çıxış edən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarov gəncləri təbrik edərək, 2 Fevral Azərbaycan Gənclər Gününün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırıb. Kamaləddin Qafarov ölkə başçısı tərəfindən dövlət-gənclər siyasətinə yüksək qiymət verildiyini vurğulayaraq, bu gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində fəallığı ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını bildirib. Müstəqil bir ölkə kimi Azərbaycanın özünün dinamik inkişafının növbəti mərhələsinə yeniləşən cəmiyyət, qüdrətli iqtisadiyyat və davamlı islahatlarla zəngin olan yeni parlamentli mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Daha sonra şəhid ailəsindən olan, ilk dəfə səs verəcək gənc Nigar Aboyeva və Fövqəladə Hallar Nazirliyinin N saylı hərbisində xidmət göstərən gənc əsgər Fəsli Nəbiyev gəncləri təbrik edərək, gənclər gününün yaranma tarixindən və əhəmiyyətindən danışıblar.

Daha sonra tədbir Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup fəalı gənclər günü münasibətilə Fəxri Fərmanla təltif edilib və YAP sıralarına yeni üzv qəbul edilmiş bir qrup gəncə partiyanın üzvlük vəsiqəsi təqdim edilib.

Tədbir tanınmış müğənnilərin çıxışları ilə yekunlaşıb.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə