Və ya seçki oyunbazlığı arxasında hansı mənamlar dayanır?

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinin növbəti mərhələsi - seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınmış deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla davam etməkdədir. Seçkilərdə iştirak edən və deputat mandatı qazanmağa iddialı olan bütün siyasi partiyalara təbliğat- təşviqat kampaniyasını aparmaq üçün dövlət tərəfindən bütün lazımi şərait yaradılıb.

Lakin parlament seçkilərinə qatılan bəzi siyasi partiyalar, o cümlədən Müsavat - "REAL" partiyaların qarşıdakı parlament seçkiləri zamanı, guya namizədlərin təbliğat-təşviqat mərhələsində bir sıra pozuntuların olmasını iddia edirlər və vurğulayırlar ki, bu iddialar sırasına bərabərlik prinsipinin pozulması, görüşlərin təşkilində inzibati resurslardan istifadə olunması, seçicilərlə görüşlərə maneçilik törədilməsi, plakatların cırılması, seçicilərin ələ alınması və s. daxildir.

Sirr deyil ki, heç bir ölkədə seçki prosesi qüsursuz olmur, bu və ya digər şəkildə namizədlər tərəfindən prosedur qaydalarının pozulması, müxtəlif qeyri-qanuni üsullardan istifadə olunması və s. pozuntular və neqativ hallar müşahidə olunur. Hətta, ən inkişaf etdmiş, demokratiyanın beşiyi hesab edilən ölkələrdə belə bu kimi faktlar kifayət qədərdir. Əsas məsələ pozuntuların sistem xarakteri daşımaması, kütləvi hal almaması və seçkilərin nəticəsinə təsir göstərməməsidir. Hazırda Azərbaycanda keçirilən parlament seçkilərinin namizədliyin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələlərinin təhlili onu deməyə əsas verir ki, seçkilərin demokratikliyinə, şəffaflılığına, bərabərlik və ədalət prinsiplərinin təmin edilməsinə xələl gətirə biləcək tendensiya müşahidə olunmur. Ümumilikdə, seçkilərdə iştirak üçün 2431 nəfər müraciət edib, seçkilərdə qeydiyyata alınan namizədlərin sayı 1374 nəfərdir, onlardan 248 nəfəri 19 siyasi partiyanın nümayəndəsidir. Bu fakt parlament seçkilərinə cəmiyyətdə böyük maraq olduğunu, rekord sayda namizədlərin seçki prosesinə qatıldığını əyani şəkildə təsdiq edir. Bütün yaşayış məntəqələrində seçicilərlə görüş üçün ən münasib yerlər ayrılıb, namizədlər öz seçiciləri ilə görüşmək imkanına malikdirlər, bu imkanlardan yetərincə yararlanırlar. Namizədlər hər bir yaşayış məntəqəsində xüsusi ayrılmış yerlərdə təşviqat materiallarını yerləşdirirlər. Bəzi hallarda plakatların cırılması yolverilməz haldır. Lakin yüksək rəqabətlilik şəraitində keçən seçkilərdə bəzi namizədlərin öz rəqiblərinə qarşı qeyri-qanuni üsullardan istifadə etməsi faktları olduğu halda, bununla bağlı MSK-na müraciət etmək zəruridir. . Sözügedən məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, hər hansı neqativ halla bağlı MSK-ya müraciət daxil olsa, buna baxılacaqdır: "Namizədlərin hansısa yolla ələ alınması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verilməyəcək. Seçkiləri 41 beynəlxalq qurumdan, 44 ölkənin vətəndaşlarından ibarət 409 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı 54 min 292 nəfərdir. Bu da seçkilərə həm beynəlxalq aləmin, həm ictimaiyyətin böyük marağının olduğunu göstərməklə yanaşı, həm də ciddi ictimai nəzarət mexanizminin təmin edildiyini təsdiqləyir".

Xalq-İqtidar Birliyi - Nəticə QƏLƏBƏDİR!

Həqiqətən də, müxalifət partiyaları çox qəribə məntiqlə çıxış edirlər. Yuxarıda qeyd etdiyimiz kimi, guya iqtidar onların seçkidə iştirakı üçün imkan yaratmalıdır. Az qalır desinlər ki, hakimiyyət onların seçkidə qalib gəlməsi üçün şərait yaratmalıdır. Bu, olduqca qəribə məntiqdir. Belə çıxır ki, iqtidar müxalifətin qalib gəlməsi üçün onlara imkan yaratmalıdır. Məgər bu, YAP-ın borcudur? Yaxud, kiminsə yarışda qalib gəlməsi üçün rəqib tərəf ona imkan yaratmalıdır? Qəribə məntiq onların bütün bu məsələlərə nə qədər qeyri-ciddi yanaşdıqlarını göstərir. Əgər müxalifət partiyaları cəmiyyəti özlərinin haqlı olduğuna inandıra bilsəydilər, kiminsə seçkidə qələbə qazanmaq üçün şərait yaratmasına ehtiyac qalmazdı. 1993-cü ildə YAP-ın hakimiyyətə gəlməsi üçün o zaman hakimiyyətdə olan qüvvələr şərait yaratmışdılar? Bu imkanı Xalq Cəbhəsi, yoxsa Müsavatmı yaratdı? Yaxud meydanlarda aksiyalar, mitinqlər etmək çağırış edilirdi? Bir məqamı unutmaq olmaz ki, qanunvericilik seçkidə iştirak edən bütün partiyalar üçündür. Müxalifətin əsas niyyəti seçki komissiyalarında özlərinə uyğun mövqe əldə etmək hesabına seçkinin nəticələrini özlərinin maraqlarına uyğun təmin etməkdir. Bu, qeyri-demokratik bir yanaşmadır. Ona görə də, bugünkü müxalifət 92-ci ildəki seçkiləri dəsətəkləyir. onu təmin etdiyi üçün həmin komissiyaları dəstəkləyir. Deməli, müxalifət sadəcə olaraq o seçkini qəbul etmək istəyir ki, nəticə onları təmin etsin. Bir də, müxalifət pariteti ancaq ona görə müdafiə edir ki, bu şansdan istifadə edərək seçkini pozsun. İndiki formatda nə YAP, nə müxalifət, nə də bitərəflər seçki komissiyalarının işini iflic edə bilməz.

YAP hər zaman qalibdir!

Etiraf etmək lazımdır ki, YAP-nın heç bir problemi yoxdur. YAP müxalifətdən fərqli olaraq, elan olunmuş konkret proqramlarla, vəzifələrlə seçkilərə gedir. Bir də tənqidçilik müxalifətçilik deyil. Yalnız tənqid əsasında heç bir partiya özünü təsdiq edə bilməz. Müxalifət tərəfindən hakimiyyətin həyata keçirdiyi siyasətdən fərqlənən uğurlu siyasət ortaya qoyulmayıb. Müxalifət özünün mahiyyətini iqtidarı, o cümlədən YAP-nı tənqid etməkdə görür. Ona görə də Azərbaycan cəmiyyəti müxalifətin ciddiliyinə inanmır. Bunun üçün cəmiyyətin əlində kifayət qədər əsaslar var. Və müxalifət anlamalıdır ki, insanlar bu aksiyalara qoşulmaq istəmirlər. Müxalifət insanların əhəmiyyətli hissəsinin iştirak edəcəyi aksiya keçirmək iqtidarında olsaydı, çoxdan bunu etmişdi. Lakin müxalifət bu reallığı hələ də dərk etmir. Unutmaq olmaz ki, iqtidarın da, müxalifətin də güc mənbəyi yalnız xalqın dəstəyidir. Müxalifət bu birlikdən çoxdan kənarlaşdırılıb. Bunun günahını isə, müxalifət xalqda yox, özündə axtarmalıdır. Xalq yalan, böhtan danışıqlara deyil, reallığa- bu realllığı Yeni Azərbaycan Partiyasında görür. Yarandığı gündən, 28 il müddətində seçkilərə yeganə olaraq partiya şəklində qatılan və namizədlərinin sayına görə, bütün siyasi qüvvələri üstələyən Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi, parlament seçkilərində də cəmiyyətə bir sıra yeniliklərini təqdim edərək, bu seçkilərə də "DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!" şüarı ilə gedir və bütün namizədlər təbliğat-təşviqat kampaniyası dövründə qanunvericiliyin verdiyi bütün üsul və vasitələrindən istifadə edirlər.

Göründüyü kimi, artıq seçkilərə "DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!" şüarı ilə gedən Yeni Azərbaycan Partiyası bu seçkilərdə də öz qələbəsinə əmindir. Çünki bu gün YAP Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənən və etimad göstərilən yeganə və ən böyük siyasi partiyadır. YAP-ın Azərbaycanın siyasi həyatında aparıcı qüvvə olmasının əsas səbəblərindən biri bu partiyaya Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etməsidir. Qeyd edək ki, Azərbaycan Prezidentinin istər dövlət başçısı, istərsə də siyasi xadim kimi cəmiyyətdə olan nüfuzu, xalqın Ona inam və etibar etməsi cəmiyyətdə Onun rəhbərlik etdiyi partiyaya da inamı və dəstəyi gücləndirir. Bunu elə partiya üzvülərinin sayının 750 min nəfərdən çox olması da bir daha təsdiq edir.

Bir məqamı da vurğulamaq lazımdır ki, hər hansı siyasi partiyanın seçkilərdə qələbəsinin təmin olunmasında həmin partiyanın praktikasında seçki təcrübəsinin də böyük rolu olur. Çünki hər dəfə keçirilən seçkilər zamanı əldə olunan təcrübə siyasi partiyalar üçün qarşıdakı seçkilərdə daha aktiv və fəal iştirak üçün yeni siyasi texnologyaların formalaşdırılması və ondan düzgün istifadə edilməsi zərurəti yaratmaqla yanaşı, həm də bir növ özündən sonrakı seçkilər üçün baza rolunu oynayır. Bu bir real faktordur kti, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatında mühüm rol oynayan siyasi partiya olduğundan, bu vaxta qədər ölkədə keçirilən seçkilərdə öz qələbəsini təmin etməyi bacarıb. Bunun səbəbi isə YAP-nın bir qayda olaraq, seçki kampaniyasına start verilməzdən xeyli əvvəl, seçkilərə hazırlaşmağa başlaması, bütövlükdə, seçki kampaniyasının gedişində əldə edilən bütün uğurlar və nailiyyətlər, o cümlədən, səs vermənin YAP-ın qələbəsinin təmin edilməsində özünü göstərən nəticələri də seçki kampaniyasına kifayət qədər ciddi şəkildə hazırlaşması ilə əlaqədardır.

Beləliklə, xalqın partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası ""DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!" şüarını seçərkən, həm də qarşıda görüləcək daha çox işlərin olduğunu sərgiləməklə yanaşı, Azərbaycanın dünya ölkələri arasında lider dövlətə çevrilməsi istiqamətində də addımlar atacağını göstərir. Məhz bu ilki parlament seçkilərində əldə ediləcək zəfər və qalibiyyət də bu amili özündə kifayyət qədər ehtiva edir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə