FAO-nun nümayəndə heyəti "Yaşıl Çay" FT-nin qonağı olub - FOTOLAR

FAO-nun nümayəndə heyəti "Yaşıl Çay" FT-nin qonağı olub - FOTOLAR

Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və nümayəndə heyəti növbəti dəfə "Yaşıl Çay" FT-nin qonağı olublar. İlk öncə qonaqlar, "Yaşıl Çay" FT-nin çay plantasiyalarına baxış keçirirərək, çay bitkisi ilə yaxından tanış olublar.

Qonaqları qarşılayan "Yaşıl Çay"FT-nin rəhbəri Araz Yağubov qonaqlara plantasiyanın salınması tarixindən, çay bitkisinin botaniki quruluşu, onların becərilməsi,yığılması və emalı barəsində məlumat verərək, qonaqları maraqlandıran sualları cavablandırıb.

Daha sonra isə, qonaqlar "Yaşıl Çay"FT-nin nəzdində fəaliyyət göstərən "Çay muzeyi"nə baş çəkərək buradakı çayların müxtəlif növdə olan eksponatları və qablaşdırmaları ilə tanış olublar. Sonra isə qonaqlar çay süfrəsinə dəvət olunaraq "Gül Çayı" və "Süd çayı"nın dadına baxdıqdan sonra çayların dadından çox məmnun olduqlarını bildiriblər.

Sonda isə qonaqlar "Yaşıl Çay" FT-nin çay plantasiyaları haqqında hazırlanmış videoçarxa baxdıqdan sonra satış hissəsindən özlərinə "Yaşıl Çay"FT-nin müxtəlif növdə olan məhsullarından alıblar.

Xəyyam Tahirzadə, "Yaşıl Çay"

Bütün xəbərlər Facebook səhifəmizdə