"Ailələrdə boşanma problemi azalır, nəinki artır. SİA-nın verdiyi xəbərə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri (AQUPDK) üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, buna səbəb komitənin bölgələrdə apardığı maarifləndirmə işlərinin gücləndirilməsidir. Onun sözlərinə görə, AQUPDK ötən ildən başlayan kampaniyasını bu il də davam etdirir.
"Bu kampaniya nəticəsində əksinə olaraq boşanmaların sayı azalıb. Kampaniya çərçivəsində elə rayonlar var idi ki, orada erkən, qeyri- rəsmi nigahlar müəyyən olunmuşdu. Bununla bağlı həmin rayonların icra başçılarına müraciət etdik. Onaların köməyi ilə həmin nigahlar rəsmiləşdirildi. Kampaniya müddətində elə ailələr var idi ki, hətta onların uşaqları olsa da nigahları yox idi, onlar hələ də qeyri-rəsmi nigahda yaşayırlar. Bizim əsas məqsədimiz həmin nigahları rəsmiləşdirməkdir. Biz daha çox buna diqqət edirik. Bu yaxşı bir təcrübədir. Biz bunu davam edəcəyik",- deyə komitə sədri əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB