Bu gün bu qəsəbədə qaz olmayacaq

Bu gün bu qəsəbədə qaz olmayacaq

Bu gün Qala qəsəbəsində təbii qazın verilişi dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, qaz ölçü qovşaqlarında mövcud qurğuların dövlət yoxlamasından keçirilmiş digər qurğularla əvəz olunması ilə əlaqədar Xəzər rayonunun Qala qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Məhdudiyyət saat 11:00-13:00 radələrini əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə