“Sosial sığorta haqqında qanuna dəyişikliklə bağlı fikirlər artıq uzun müddətdir ki, müzakirə olunur. Mahiyyət qeyri-leqal məşğulluğun qarşısının alınmasıdır”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin bu gün keçirilən iclasında "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.
“Bildiyiniz kimi qeyri-leqal fəalyyətlə məşğul olan işçilərin sosial sığortası yoxdur. Bu baxımdan prezident İlham Əliyev tərəfindən 2017-ci il 9 oktyabr tarixli imzalanan sənədə əsasən qeyri-leqal məşğulluğun qarşısınının alınması ilə bağlı tədbirlər görülür. Bizim istədiyimiz leqallaşma ilə bağlı addımlar Vergilər Nazirliyi tərəfindən atılır. Digər bir istəyimiz sosial sığorta ilə bağlıdır. Qanuna ediləcək dəyişikliklərlə əlaqədar həm sahibkarın vergi yükü azalır, həm işçilər sosial sığortaya cəlb olunur. Əvvəllər əməliyyatlar DSMF tərəfindən aparılırdısa, indi bu məsələ Vergilər Nazirliyi tərəfindən tənzimlənəcək. Bütövlükdə layihə sahibkara həm də işçiyə dəstəkdir”.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB