Arzu Rəhimov Qaxda vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Qaxda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 21-də saat 10:00-da Qax rayonunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qurumdan SİA-ya bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların sentyabrın 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə