Avtobuslardan ödənişsiz istifadə davam edəcək BakuBus

Avtobuslardan ödənişsiz istifadə davam edəcək BakuBus

Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək. “BakuBus” MMC-dən SİA-ya verilən məlumata görə, iyulun 3-ü saat 19:00 radələrindən etibarən “BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir.

Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə