"Həkimlərin və dərmanların reklamının qarşısı alınmalıdır" İRAD

"Həkimlərin və dərmanların reklamının qarşısı alınmalıdır" İRAD

Milli Məclisin deputatı Çingiz Qənizadə televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxış edib. SİA-nın xəbərinə görə, parlamentin plenar iclasında çıxış edən deputat söyləyib ki, həkimlərin və dərmanların televiziya kanallarında kor təbii reklamına yol vermək olmaz: “Özümüzü zay həkimlərdən qormalıyıq. Nə qədər televiziylarda həkimlərin reklamını etmək olar? Həlı bu azmış kimi artıq telefonlar vasitəsilə də insanları özlərinə cəlb etməyə çalışırlar. Televiziya kanallarında dərmanların təbliği və reklamına yol vermək olmaz”.

Ç.Qənizadə qeyd edib ki, televiziya kanallarında müxtəlif verilişlər var ki, orada həkimlərin və dərmanların kütləvi şəkildə reklamları aparılır: “Bunun qarşısı alınmalıdır. Çünki, insanlar buna görə həm maddi, həm mənəvi narahatçılıq keçirirlər. Çox təəssüf ki, televiziya kanallarında sosial reklamlar ümumiyyətlə yoxdur. Səhiyyə anzirliyi bununla bağlı reaksiya veriməli. Dərman və həkimlərin kortəbii reklamın qarşısının alınması istiqamətində təkliflər verməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə