Dövlət İmtahan Mərkəzi ( DIM) dövlət qulluğuna qəbul üzrə müsabiqənin aprelin 22-də keçirilmiş test imtahanı mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş namizədlərin ixtisasları üzrə statistik məlumatları təqdim edib.
DİM-dən SİA-ya verilən xəbərə görə, dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1490 namizəddən 658 nəfər (44.2%) uğur əldə edib.
Ali təhsil ixtisası iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna aid namizədlərin (592 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin sayına (1490 nəfər) nisbətdə 39.7% təşkil edir.
Ali təhsil ixtisası mədəniyyət və incəsənət ixtisasları qrupuna aid namizədlərin (16 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin sayına (1490 nəfər) nisbətdə təxminən 1.1% təşkil edir.
Aşağıda bu imtahanda iştirak edənlərin nəticələrinin onların ixtisaslarının aid olduğu ixtisas (proqram) qrupları üzrə statistikasını təqdim edirik:
İxtisas qrupları üzrə məlumat
| İxtisas qrupları | Qeydiyyatdan keçənlərin sayı |
Test imtahanında uğur qazananların sayı |
Faizlə (%) |
| Təhsil | 136 | 63 | 46.3% |
| Humanitar və sosial | 364 | 155 | 42.6% |
| Mədəniyyət və incəsənət | 16 | 7 | 43.8% |
| İqtisadiyyat və idarəetmə | 592 | 271 | 45.8% |
| Təbiət | 105 | 50 | 47.6% |
| Texniki və texnoloji | 194 | 70 | 36.1% |
| Kənd təsərrüfatı | 39 | 23 | 60% |
| Səhiyyə, rifah və xidmət | 44 | 19 | 43.2% |
| Yekun | 1490 | 658 | 44.2% |
İxtisas qrupları üzrə qeydiyyatdan keçən namizədlərin sayı daha çox olan ixtisaslar haqqında məlumat
| İxtisas qrupları və ixtisas | Qeydiyyatdan keçənlərin sayı |
Test imtahanında uğur qazananların sayı |
Faizlə (%) |
| Təhsil - Tarix müəllimliyi | 15 | 9 | 60% |
| Humanitar və sosial – Hüquqşünaslıq | 78 | 39 | 50% |
| Mədəniyyət və incəsənət – Ədəbi yaradıcılıq və ekran dramaturgiyası |
2 | 1 | 50% |
| İqtisadiyyat və idarəetmə - İqtisadiyyat | 92 | 46 | 50% |
| Təbiət - Ekologiya | 19 | 9 | 47.4% |
| Texniki və texnoloji - İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi |
20 | 7 | 35% |
| Kənd təsərrüfatı - Torpaqşünaslıq və aqrokimya | 5 | 3 | 60% |
| Səhiyyə, rifah və xidmət - Sosial iş | 18 | 11 | 61.1% |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB