Sənan Hüseynov: "İlin sonuna kimi 1500 qaçqın və məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək" - AÇIQLAMA

Sənan Hüseynov: "İlin sonuna kimi 1500 qaçqın və məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək" - AÇIQLAMA
"Azərbaycan Respublikası prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq fin qəsəbələrinin ləğvi işləri başlanıb. Ölkə prezidentinin 2007-ci il 31 oktybar tarixli sərəncamı ilə Dövlət Proqramına əlavələr olunub və bu əlavələrin icrası ilə əlaqədar olaraq mühüm işlər görülür". Bu barədə SİA-ay açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov məlumat verib. O bildirib ki, artıq Yevlax şəhəri ərazisində 612 məcburi köçkün ailəsi üçün məhəllə tikilib.

" Burada 10 ədəd beşmərtəbəli bina, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası tikilib, klub, icma mərkəzi, inzibati bina fəaliyyət göstərir, bir sözlə məhəllə bütün sosial insfrasturukturla təmin olunub. Bundan əlavə, Naftalanda 164 ailəlik 3 beşmərtəbəli bina tikilib. Burada 360 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, tam insfrastruktur yaradılıb.
Ağdamda 689 məcburi köçkün ailəsi üçün qəsəbə salınıb. Burada da 440 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası və digər sosial infrastruktur yaradılıb. Qələbədə isə 40 ailəlik qəbələdə 5 mərtəbəli bina tikilib. İlin sonuna kimi qaçqın və məcburi köçkün ailələri həmin qəsəbələrə köçürüləcək. Ümumilikdə isə bu ilin sonuna kimi 1500 qaçqın və məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək, - deyə o əlavə edib.

Daha sonra S.Hüseynov bu günə kimi nə qədər qaçqın və məcburi köçkün ailəsinin yeni qəsəbələrə köçürüldüyünü açıqlayıb. O qeyd edib ki, son illər ərzində qaçqın və məcburi köçkünlər üçün 64 yeni qəsəbə tikilib və 18121 ailə buraya köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə