Fevralın 19-u gecə saatlarında baş verən qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb. Ötən gün axşam saat 18:00-dan etibarən həmin istiqamətdəki kəndlərlə nəqliyyat əlaqəsi bərpa olunub.
Qar uçqunu Quba-Xınalıq yolunun 35-37-ci kilometrliyində, dörd yerdə qeydə alınmışdı. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 4-5 metrə çatırdı.
Qeyd edək ki, fevralın 18-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 43 santimetrə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB