Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yeni kitab nəşr olunub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Türkdilli xalqların diasporları" adlı kitabın müəllifi Zaur Əliyevdir. Kitabda türkdilli xalqların diasporları, onların məskunlaşma coğrafiyası, təşkilati strukturu, müasir dürümü ilə bağlı məlumatlar toplanıb.
Nəşrdə türkdilli dövlətlərin xarici siyasətinin formalaşmasında, türkdilli xalqların problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor amilinin rolunu əks etdirəm mıqamlara da toxunulub.
"Türkdilli xalqların diasporları" kitabı türkdilli xalqların tarixini və diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanllar üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB