Azərbaycanda Almaniya günlərinin birinci həftəsinə start verilib

Azərbaycanda Almaniya günlərinin birinci həftəsinə start verilib

Bu gün "Gənclər Klubu" İctimai Birliyi və Almaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi Azərbaycanda Almaniya günlərinin birinci həftəsinə start verilib.

SİA-nın məlumatına görə, Alman Mədəniyyət Mərkəzində təşkil olunmuş açılış tədbirində Almaniyanın Azərbaycandakı səfirinin birinci müavini Florian Pötter, "Gənclər Klubu" İctimai Birliyinin sədri, professorlar, müəllimlər və tələbələr iştirak ediblər. Tədbirdə ilk öncə Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib.

Daha sonra isə səfir müavini çıxış edərək Azərbaycan dilində bütün iştirakçıları salamlayıb. O, bu tədbirin əhəmiyyətindən söz açaraq Azərbaycan və Almaniya arasında ictimai-mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Sonra isə iştirakçılara Almaniya haqqında məlumat vermək üçün film nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanda Almaniya günləri bir neçə həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə