Əbləhlərin rəqsi KÖŞƏ

Həyat – mahnıdır, nəqarəti isə - ölüm.

Viktor Hüqo

Sayından, yaşadığı coğrafi ərazidən asılı olmayaraq hər bir xalqın, millətin özünün milli dəyərləri, adət-ənənəsi və öznəməxsus mədəniyyəti var. Bu dəyər sisteminin isə fərqli olması təbiidir. Çünki məhz bu xüsusiyyətlər xalqları digər xalqlardan ayıran başlıca amildir. Formalaşan və daim inkişafda olan dünyamızda Azərbaycan xalqının da dilindən, dinindən, musiqisindən, folklorundan, himnindən, gerbindən, bayrağından tutmuş özünün dünya şöhrətli şəxsiyyətlərinə və fikir adamlarına qədər fəxr ediləsi milli dəyərləri mövcuddur. Amma razılaşaq ki, dünyada baş verən yeniliklər, müasir dövrün tələbləri bizdə də ortaya biclərin, ağıldan kasad, dildən iti məxluqların cıxmasına gətirib cıxrır. Yalnız Azərbaycanın şou əhlinin düşük, axmaq hərəkətlərini, yersiz, utanc gətirən danışıqlarına fikir versək, haqlı olduğum məlum olar. Hətta dodaq altında "əhsən" deyənlər də tapılacaq. Deməli, oturub bir qədər fikirləşəndən, saf-çürük edəndən sonra, bu qənaətə gəlirsən ki, babalarımız, doğurdan da, müdirik olublar. Dediklərinə, yazdıqlarına qulp qoymaq, məna axtarmaq nadanlıq olar. Bu baxımdan, "Utanmasan, oynamağa nə var" məsəlini də babalarımız heç də səbəbsiz yerə atalar misalına çevirmədikləri qənaətindəyəm. Həqiqətən də, bir də görürsən ki, bir işə bir insanın daha cox haqqı olduğu halda, o insan abrına, həyasına, başlıcası qüruruna, mənliyinə sığışdırıb, o haqqı olan işə əl uzatmır. Amma sırtıq, abırsız və savadsız birisi haqqı olmayan o işə daha cox iddia edir, əksər hallarda da uğur qazanır. Bəlkə də, bu kimi hallara görədir ki, dahi Üzeyir Hacıbəyili "İstedadlılara arxa durun, onların ucalmaların kömək edin, istedadsızlar onsuz da özlərinə yol tapacaqlar" deyə bildirmişdir. Bu gün şou əhli arasında elə mütiriflər var

ki, onların əməllərindən cəmiyyət heç də xoşlanmır. O gün Aygün Kazımova ekvatoru iki dəfə yarıb keçən Nil çayının keçdiyi məsafə qədər yol keçib, fırlanıb geri qayıtdıqdan sonra, telekanilzasiyaların biridə lövbər salaraq sonra hapa-kopa basıb ki, guya ərəb şəhzadələrindən biri ona beşinci arvadı olmasını təklif edib. Sonra da gözlərini döyə-döyə ona qulaq kəsilən aparıcının bərəlmiş gözlərinin içinə deyib ki, şəhzadə ona var-dövlətinin hamısını da olmasa, yarısını verməyə hazırdır. Verilişdən sonra pərdəarxası Aygün – aparıcı söhbətinin nədən getdiyini demək çətin olsa da, hər halda, bir-birinə xahişlər, minnətlər şübhəsiz olub.

Saytların birində belə bir başlığa rast gəldim: «Bomba partlayacaq». İnanın, yazını tıklayıb oxuyana qədər hansı narahatlıqlar keçirdiyimi dillə təsəvvür etmək mümkün deyil. Oxuyandan sonra məlum olur ki, Rəqsanə adlı mütrif lüt şəkillərini çəkib paylaşmaqla, bomba partlatmağa hazırlaşır. Çox əsəbləşdim. Düşündüm ki, bu mütrifin yiyəsi, yeyliyi, adamı yoxdurmu ki, qulağından tutub başına bir qapaz vurub, başa salsın ki, bu cür rüsvayçı, biyabırçı əməllərdən əl çək. Heç olmasa, sponsoru onu başa sala bilər ki, «bax aa, pulunu kəsərəm. Belə zadlar, belə şeylər eləmə». Özü cəhənnəmə, getdiyi yolda, gəzdiyi ağac budaqlarında qızını da budaq-budaq gəzdirir. Bu günlərdə sosial şəbəkələrdə Rəqsanənin qızının müxtəlif pozalarda çəkilmiş şəkillərini görəndə, erməniyə bir daha lənətlər yağdırdım. Çarəm nədir. Gücüm və sözüm ancaq açıq şəkildə ermənini söyməyə çatır. Bu, heç də «qızım, sənə deyirəm, gəlnim eşit» misalı kimi başa düşülməsin. Bu yerdə bədahətən beynimdə şairlər sayağı bir şeir canlandı. Deməli, söhbət belədir:

Müğənni var şoularda əndamları yellənir,

Viski içib, rakı içib, şeyxlər ilə şellənir,

Sonra vəhşi qəhqəhəylə hırıldayıb dillənir,

Biz zirvədən enmərik heç keçsə neçə illər də,

Bizim klip-şedevlər dolaşacaq dilərdə.

Röya Ayxan bir ulduzam deyir qütbdə teyxa mən,

Aygün deyir tezliklə gedəcəyəm şeyxə mən,

Rəqsanə də: "Doğmaq üçün yollanıram Qaxa mən",

Bunlar Qərbdə bir-biriylə etməkdədilər bəhsi,

Hər birisi tutmaqdadı xoşbəxtliyin zirvəsin.

Bir sözlə, bu şou düşərgəsində hər cür əlləm-qəlləm fırıldaqlara, yalan-palana rast gəlmək olur. Kim kimi tutdu orda soyur, bir qədər də dərinə gedib soyundurur. Aldatmaq, pul atmaq da ki, peşələrinə çevrilib. Manaf Ağayev adlı müğənni əsəbi halda Damla adlı həmkarını fırıldaqda, dələduzluqda günahlandırıb. Yəni Manaf Ağayev Cinayət Məcəlləsinin 178.1 maddəsini birbaşa Damlanın üzünə oxuyub. Nədi-nədi, Damla adlı mütrif 500 manat beh alıb ki, Manafın arxasınca düşüb toya gələcək və şıllaq atıb, cəh-cəh deyəcək. Şövqə gələn içkili məclis iştirakçıları da Damlanın hüsnü-camalına vurğun olub, ciblərini açıb şabaş paylayacaqlar. Amma sən saydığını say, gör Damla mütrif nə sayır?! Damla mütrif başqa toy məclisindən daha çox qonarar təklifi aldığından, Manafın ardınca toya getməkdən imtina edib. Heç bu barədə özünə əziyyət verib, gözü yolda qalan Manafı məlumatlandırmayıb da. İndi Manaf biçarə oturub, Məşədi İbad demişkən, «Damlanın 500 manatı cəhənnəmə, bəs mənim 8 min manatım hara getdi» deyib dizinə döyüb ağlayır. Bu yerdə yadıma «Yeddi oğul istərəm» filmində Mirpaşanın Qasıma dediyi «bu artistlər nə həyasız tayfa olurlar» ibratamiz sözləri düşdü. Fikirləşdim ki, dahi sənətkarımız obrazın dili ilə bu sözləri elə şou əhlindəki abırsız mütriflər üçün deyib.

Qısası, Ədalət Şükürovdan, Faiq Ağayevdən, Röya Ayxandan, Mətanət Əsədovan, Xatundan, Pişik Güneldən, Səidə Sultandan və bu kimi digər şou əhlinin mütriflərindən, onların iyrənc felindən yazmaq, saz götürüb, oxuya bilməsəm də, dastan demək olar. Amma nəticəsi olmayacağı şübhəsizdir. Çünki artıq onlar öz yollarını seçiblər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə