Afaq Məlikova “Şərəf” ordeni ilə təltif edildi SƏRƏNCAM

Afaq Məlikova “Şərəf” ordeni ilə təltif edildi SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məşhur rəqqasə Afaq Süleyman qızı Məlikovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

Sərəncam imzalayıb. Sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Afaq Süleyman qızı Məlikova "Şərəf" ordeni ilə təltif edilsin.

QEYD. Məşhur Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in Xalq Artisti (1978) Afaq Süleyman qızı Məlikova 1947-ci il yanvar ayının 18-də Bakıda anadan olub. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edir, rəqs etməyi sevirdi. Qızlarının rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə qoyurlar.

Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlir.

Afaq Süleyman qızı 1963-1974–cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1974–cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir.

Bir sıra xarici ölkədə (Türkiyə, MƏR, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və s.) çıxış etmişdir.

1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə