Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 9-cu məzun yarmarkası keçirilib.
Yarmarkada ADAU-nun və Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, eləcə də şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yarmarkaya 35 şəhər və rayondan 129 müəssisə və təşkilat qatılıb.
Qeyd edək ki, məzun yarmarkasında iştirak edənlər universitetdə yaradılan maddi-texniki baza, o cümlədən yeni tələbə yataqxanası, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris təcrübə təsərrüfatı, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, müasir istixana kompleksi və digər obyektlərlə tanış olublar.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB