Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib. Sİ̇A-nın xəbərinə görə, açılış mərasimində çıxış edən Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn Dünya Xəbər Agentlikləri Konqresinə rəhbərlik edəcək AzərTAC baş direktoru Aslan Aslanov bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını dilə gətirib.
SPA prezidenti deyib ki, Dünya Xəbər Agentlikləri Konqresində çox əhəmiyyətli mövzular müzakirə ediləcək.
OANA-nın prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov qonaqpərvərliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edib: "Bu Konqresin məhz Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq xəbər arenasında oynadığı rol ilə bağlıdır".
O, TASS agentliyinin OANA ilə sıx işlədiyini nəzərə çatdırıb: "Azərbaycana inkişaf yolunda uğurlar arzulayan Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və İsveçin TT agentliyinin prezidenti Yonas Erikson bu gün dünyada müharibə, miqrasiya prosesləri baş verir
Buna görə də etibarlı xəbərlər platforması çox vacibdir. Bu gün dünya əhalisi yeni rəqəmsal vasitələrlə xəbərlər əldə edirlər. İnanıram ki, iki gün ərzində çox səmərəli müzakirələrimiz olacaq, bir çox məsələlər həllini tapacaq".
Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti, Küveyt Xəbər Agentliyinin (KUNA) baş direktoru Şeyx Mübarək İbrahim Əl-Sabah Azərbaycan prezidentinin tədbirin açılışında iştirakının tədbirin əhəmiyyətini daha da artırdığını vurğulayıb: "Bu konfransın məqsədi tərəfsiz, obyektiv xəbərlərin yayılmasını artırmaq, insanlara dünyada baş verən mühüm hadisələrin mahiyyətini anlamağa kömək etməkdir. Konqres xalqları sülhə çağırır. Dözümlülüyün, tolerantlığın yayılması sahəsində bizim də böyük məsuliyyətimiz var ".
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal bu gün mobil vasitələrlə xəbərlərin yayılması, reklam bazarının "Google" və "Facebook"un nəzarətində olması reallığı var: "Son 12 ildə peşəkar vəzifələrini yerinə yetirən 800-dən çox jurnalist öldürülüb. Eyni zamanda çoxlu sayda jurnalist həbs edilir. Jurnalistlərin azadlıqda olması vacibdir".
Avstraliyanın PwC əyləncə və media şirkətinin redaktoru Meqan Brounlou bu gün xəbər agentliklərinin ən canlı orqanizm olduğunu və dünyada baş verən dəyişiklikləri ən tez hiss etdiyini vurğulayıb: "Bu gün xəbər çox qısa və vizualdır. İkinci, bu gün rəqəmsallaşma davam edir, mobil cihazlarla xəbərlər verilir. Xəbərlərdə məzmun dəqiq olmalıdır. Bu gün yaxşı xəbər vermək üçün 8 saniyə kifayət edir. ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB