SİA-nın xəbərinə görə, bu il üzrə hazırlanmış qrafikə uyğun olaraq SOCAR-ın bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə çalışan əməkdaşların kampaniyada könüllü iştirakı nəzərdə tutulur. Bu xeyirxah işə ilk olaraq noyabrın 15-də SOCAR-ın baş ofisində start verilib. SOCAR-ın baş ofisinin 80-dən çox əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlara qan vermək üçün "Donor günü"ndə fəal iştirak ediblər. Aksiya ümumilikdə şirkətin bütün idarə və müəssisələrini əhatə edəcək. İndiyədək SOCAR-ın 27 min 573 əməkdaşı bu humanitar aksiyada donorluq edərək qan veriblər.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB