"Ölkəmizi tanıyaq" devizi altında ölkənin müxtəlif rayonlarından olan məktəblilər qərb bölgəsinə səfərə başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, plana əsasən 500-də artıq yuxarı sinif şagirdləri Gəncə, Göygöl və Şəmkir rayonun tarixi və turizm mərkəzləri ilə yaxından tanış olacaqlar. Məktəblilər ilk öncə Gəncədə olublar. Burada Ümummilli lider Heydər Əliyevin adını daşıyan muzeylə maraqlanıblar. Daha sonra Nizami Məqbərəsi ziyarət edilib. Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya muzeyindəki eksponatlara baxış keçirilib. Gəncədən sonra məktəblilər Göygöl rayonunda olublar. Onlar bu səfərdən məmnun olduqlarını dilə gətirib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB