Qaradağ rayonunun Sahil qəsəbəsində Qaradağ Rayon İcra Hakimiyyəti Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsi ilə birgə 05 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş ümumrayon tədbiri keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə rayon İcra hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşları, rayonun təhsil müəssisələrinin rəhbərləri və qabaqcıl təhsil işçiləri iştirak edirdilər.
Tədbiri Rayon icra hakimiyyətinin başçısının müavini Təranə xanım İsmayılova açaraq zəngin maarifçilik ənənələri olan Qaradağda elmə, təhsilə daim yüksək münasibət bəslənildiyini bildirib, müəllimlik sənətinin tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olduğunu xüsusi vurğulayıb. O, ölkədə təhsilə münasibətin ciddi şəkildə dəyişdiyini bildirərək, Ulu öndər Heydər Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb, dahi rəhbərimizin müdrik siyasətinin bu gün Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Qeyd olunub ki, ali məktəblərə bu il 913 nəfər sənəd verib, onlardan 516 nəfəri tələbə adını qazanıb. Qaradağ rayonunda təhsil sahəsində əldə edilən nailiyyətlər ilbəil artır. Bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş 33 şagirdimiz 600-dən yuxarı bal toplayaraq respublikamızın qabaqcıl ali məktəblərinə daxil olublar. Beynəlxalq və respublika səviyyəli idman, incəsənət, elm və təhsil sahəsində müxtəlif yarışlarda uğurları olan məktəblilərin də adı qeyd olunub.
Yüksək diqqətə görə rayonun təhsil işçiləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirən T.İsmayılova məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirərək xüsusi qeyd edib.
Rayon İcra Hakimiyyətinin başçısının müavini T.İsmayılova müəllimləri əlamətdar bayram münasibətilə təbrik edib, yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi işində onlara daha böyük uğurlar arzulayıb.
Təhsildə fərqlənən bir qrup qabaqcıl müəllimlər Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva çıxış edərək, müəllimləri, ümumən rayonun bütün təhsil işçilərini 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik etmişdir. Azərbaycanda müəllim əməyinə və şəxsiyyətinə daim yüksək qiymət verildiyini bildirən natiq müstəqil Azərbaycanın gələcəyinin məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan daha çox asılı olduğunu qeyd edib.
Sonra tədbirdə iştirak edən təhsildə fərqləndiyinə və uzun illik səmərəli fəaliyyətinə görə seçilən bir qrup qabaqcıl təhsil işçilərinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin fəxri fərmanları təqdim olunublar.
Çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbirdə rayonun mədəniyyət kollektivlərinin, Sahil qəsəbəsindəki 5 nömrəli Uşaq İncəsənət məktəbinin və Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin kiçik yaşlı məktəblilərinin ifasında maraqlı musiqi proqramı təqdim olunub.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB