Ağ Ev administrasiyası İstanbulun Atatürk Hava Limanındakı terror hücumunu pisləyib. Ağ Ev sözçüsü Coş Earnest yazılı açıqlamasında, törədilən qanlı hadisədə həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Anadolu xəbər agentliyinin məlumatın görə açıqlamada onlarla insanın öldüyü və yaralandığı İstanbul Atatürk Hava Limanında baş verənlər kəskin şəkildə pislənilib.
Ağ Ev sözçüsü vurğulayıb ki, terror təhdidinə qarşı mübarizəmizi davam etdirərkən, dünyadakı digər dost və müttəfiqlərimizlə, NATO müttəfiqi və tərəfdaşımız olan Türkiyəyə sarsılmaz dəstəyimizi davam etdiririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB