Göygölün Toğana yolu təmir olunur FOTO

Yol mədəniyyət, yol iqtisadiyyat deməkdir. Lakin bu sözləri ötən günə kimi Göygöl rayonu Toğanalı kəndinə şamil etmək olmazdı. Bu gündən kənd icma layihəsi çərçivəsində kənd daxili yolların başlanılan təmiri sakinlərin hərəkəti və turizm baxımından yerinə düşür. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, xüsusi texnikalar vasitəsilə sıyrılan 2 kilometr yolda başlanılan işlər ümumilikdə 6 km-lik hissəni əhatə edəcək. Ərazinin dağlıq relyefə malik olmasının yaratdığı çətinliyə baxmayaraq yolun genişləndirilməsi də aparılır. Bərbad vəziyyətdə olan yoldan istifadə edənlər normal hərəkətin təmin edilməsindən məmnundurlar. Toğanalının turizm imkanları da yolun təmirində az əhəmiyyət daşımır. Hər il minlərlə yerli və xarici turistin istirahət məkanı olan kəndə gələnlərin bu sarıdan çətinliyinə son qoyacaq. Bu isə iqtisadiyyatın inkişafı, sahibkarların əraziyə marağı, yerli əhalinin maddi rifahının yaxşılaşması deməkdir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə