Qaz kəsiləcək Şəmkirdə

Sabah saat 10:30-dan 18:00-a qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin "Şəmkir", "Çinarlı" və "Əliyaqublu" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində Şəmkir rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə