Putin və Obama arasında telefon danışığı

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Baraka Obama arasında telefon baş tutub. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda liderlərin Suriya böhranını müzakirə etdikləri bildirilib: "ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında prezidentlər Suriyadakı böhranın həlli yollarını, atəşkəsə dair sazişi və müvafiq ərazilərə humanitar yardımın çatdırılması məsələlərini müzakirə ediblər", məlumatda deyilir.

Qeyd edək ki, fevralın 22-də Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...