Martın 9-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Lökbatan yolayırıcı" və Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Ağsu" və "Kürdəmir" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SİA xəbər verir ki, təmir müddətində Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB