Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə "Nizami Yurdu-2016" rəsm müsabiqəsi həyata keçirilib. SİA-nın verdiyi xəbərə görə, layihə rəhbəri Gülnaz Quliyevanın sözlərinə görə layihədə 30-a yaxın rəsm əsəri qəbul edilib. Əsərlərdə Nizaminin əsərləri, Gəncənin Qala Qapıları, tarixi və mədəniyyətini əks etdirən kompozisyalar yer alıb. Rəsm əsərləri I-II-III yerlər üzrə yer tutub və əsərlərin sahibləri diplomlarla təltif olunublar. Layihədə iştirak edən digər iştirakçılara isə layihədə fərqləndiyinə görə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, "Nizami Yurdu 2016" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 7-ci qrant müsabiqəsində qalib olub. Bildiyimiz kimi Gəncə şəhəri 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilib. Gəncə şəhərinin Avropa paytaxtı seçilməsi gənclərin fəaliyyətinin daha böyük miqyasda işıqlanması deməkdir. Bu səbəbdən elan olunan "Nizami Yurdu-2016" rəsm müsabiqəsinin əsas məqsədi Gəncə şəhərinin tarixinin və mədəniyyətinin Avropa gənclərinə tanıdılmasından ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB