"Atasığorta" ASC dekabr ayının nəticələrini açıqlayıb. ASC-dən bildiriblər ki, bu müddətdə şirkətin ödənişləri 6,8 faiz artıb, 725 sığorta hadisəsi üzrə 451 min 949 manat sığorta ödənişi verilib. Şirkət ödənişlərin 83,3 faizini avtomobil qəzalarına görə ödəyib. Ay ərzində avtomobilin könüllü sığortası ilə bağlı 135 hadisə üzrə 232 min 341 manat, icbari sığorta üzrə 129 hadisəsinə 144 min 563 manat ödəniş verilib. Dekabr ayında orta hesabla bir avtomobilin təmir xərci nisbətən azalaraq 1427 manat təşkil edib.
Sığorta şirkətinin tibbi sığorta xərcləri 458 müraciət üzrə 33 min 190 manat olub. "Atasığorta" bundan əlavə, ay ərzində könüllü əmlak sığortası üzrə 1 hadisəyə görə 38 min 853 manat, fərdi qəza və xəstəlik sığortası üzrə 3 min manat kompensasiya verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB