Tarix İnstitutunda növbəti dissertasiya müdafiələri

Tarix İnstitutunda növbəti dissertasiya müdafiələri

Noyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasının növbəti iclası keçirilib. İnstitutun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dissertantlar Fuad Ağayev "Çar Rusiyasının Şimali Azərbaycanda dini siyasəti (XIX əsr - XX əsrin əvvəllərində)" və Namiq Kərimov isə "XIX əsr - XX əsrin əvvəllərində Şimali Azərbaycanda Çar Rusiyasının neft siyasəti" mövzularında dissertasiya müdafiə ediblər.

Dissertasiya Şurasının iclasında tarixçi-alimlər Yaqub Mahmudov, Fəzail İbrahimli, Cəbi Bəhramov, Rəsul Hüseynli, Nailə Vəlixanlı, Hacı Həsənov, Kərim Şükürov, Aqil Şahmuradov və başqaları çıxış ediblər.

İclasda Dissertasiya Şurasının üzvləri tarix elmləri doktoru, professor Allahşükür Paşazadənin dissertant Fuad Ağayevin "Çar Rusiyasının Şimali Azərbaycanda dini siyasəti (XIX əsr - XX əsrin əvvəllərində)" adlı dissertasiyasına yazdığı rəylə tanış ediliblər.

Hər iki müdafiə alimlər arasında konseptual baxımdan böyük maraq doğurub.

Bütün xəbərlər Facebook səhifəmizdə