Amerika Birləşmiş Ştatları Azərbaycanın dəyərli tərəfdaş kimi göstərdiyi xidmətlərə önəm verir. Bu fikir ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink və ABŞ Dövlәt Departamentinin Avropa vә Avrasiya ölkәlərinә yardımlar üzrә koordinatoru xanım Alina Ramanovskinin keçirdiyi mətbuat konfransında səsləndirilib. Qeyd edilib ki, ABŞ Azərbaycanla müxtəlif sahələrdə mövcud olan əməkdaşlığı davam etdirmək istəyir. Bu əməkdaşlıq əsasən iqtisadiyyat, enerji, demokratiya, insan haqları və təhlükəsizlik sahələrini əhatə edir.
ABŞ rəsmiləri qeyd ediblər ki, Azərbaycanda olduqları müddətdə bir sıra məhsuldar görüşlər keçiriblər. Onlar jurnalistlərin suallarını cavablandırarkən ABŞ-ın Dağlıq Qarabağı müstәqil vә suveren qurum kimi tanımadığını bildiriblər.
Dövlət Departamentinin Dağlıq Qarabağa göstərdiyi son yardımlar barədə suala cavabında Bridcet Brink deyib ki, həmin vəsait bu ərazidə minalardan tәmizlәmә işləri üçün ayrılıb. Yardımlar oradakı rәhbәrliyә deyil, layihә ixracı ilә mәşğul olan şirkәtlәrә tәqdim edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB