Avqustun 12-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Dövlət Neft Şirkətindən (SOCAR) SİA)ya verilən xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 113 abonenti olan Çöl-Ərəb kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 12 378 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 113 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB