Zaqatalada küllü miqdarda narkotik bitki əkib-becərən iki qardaş həbs edilib. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun Car kəndində, meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib. SİA-nın Kanal S-ə istinadən verdiyi xəbərə görə, məlum olub ki, bu bitkiləri həmin kəndin sakinləri,1976-cı il təvəllüdlü İslan Tahir oğlu İbrahimov və onun qardaşı,1981-ci il təvəllüdlü Əhməd Tahir oğlu İbrahimov tərəfindən əkilib. Hal şahidlərinin iştirakı ilə ərazidən 358 ədəd olmaqla 3 kq 220 qr çətənə bitkisi maddi sübut kimi yığılıb. Eləcə də şubhəlilər tutularaq istintaqa təhvil veriliblər.
Faktla bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB