Naftalanda çoxmərtəbəli binalarda əsaslı təmir işlərinin aparılması, müasir işıqlandırma sistemlərinin quraşdırılması şəhərin görünüşünə əlavə gözəllik qatıb.
Şəhər icra hakimiyyəti başçısının birinci müavini Arzu Məmmədov AZƏRTAC-a bildirib ki, Prezident İlham Əliyev 2011-ci il fevralın 10-da Naftalana səfər edərkən ictimaiyyətlə görüş zamanı şəhərin inkişafının vacibliyini diqqətə çatdıraraq, bir çox sahələr, o cümlədən burada turizmin inkişafı üçün geniş imkanlar olduğunu vurğulayıb. Dövlətimizin başçısı şəhərin abadlığı sahəsində görülməsi vacib olan məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verərək bildirmişdir ki, Naftalan nəinki Azərbaycanda, dünyada tanınan kurort şəhərinə çevrilməlidiir.
Artıq kurort şəhəri olan Naftalanın siması tamamilə dəyişib. Şəhərin infrastrukturu yenilənib, park və xiyabanların siması tanınmaz dərəcədə gözəlləşib. Çoxmərtəbəli binalarda əsaslı təmir işləri aparılaraq, müasirləşdirilib. Binaların fasadı milli memarlıq üslubunda keyfiyyətli üzlük daş plitələrlə təmir edilib, dam örtükləri dəyişdirilib, pəncərələr təzələnib, binaların qarşısına müasir işıqlandırma sistemi çəkilib. Bu işlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək və şəhərin müasir görünüşü qorunub saxlanılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB