Bulvarda möhtəşəm konsert

Bu gün saat 20:00-da "Bakı 2015" I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan xüsusi tədbir keçirilib. Tədbirin təşəbbüskarları Gənclər və İdman Nazirliyi və "Bakı 2015"Аvropa Oyunlarının Əməliyyat Komitəsi olub.

"Tarix yazdıq! Tarixə yazıldıq!" şüarı altında keçiriləcək tədbir iki hissədən ibarət olub.

Tədbirin birinci hissəsində Azərbaycan milli yığmasının idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə "Bakı 2015" paradı baş tutub.

Parad 20:00-da Əl Oyunları Sarayından başlayıb Dənizkənarı Milli Parkda "Saat qülləsi"nin yanında yekunlaşıb.

Parad xüsusi konsert proqramı ilə davam edib. Konsert proqramı saat 21:00-da "Saat qülləsi"nin yanında başlayıb və estrada ulduzlarının iştirakı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə