60-a yaxın sahibkara treninq keçirilib

60-a yaxın sahibkara treninq keçirilib

Gəncədə sahibkarklar üçün növbəti treninq keçirilib. "Gənc sahibkar qadınların maarifləndirilməsi" adlı seminarda Gəncə və ətraf rayonlardan 60-a yaxın sahibkar iştirak edib. 4 saatdan artıq davam edən treninqdə sahibkarlıq fəaliyyəti ilə bağlı bir sıra məqamlar müzakirə olunub. Biznes planın tərkibi, bu sahədə bölgənin spesifik xüsusiyyətləri barədə geniş təhlillər aparılıb, yeni qurulacaq iş sektorlarının qazanc mənbəyi kimi əhəmiyyətindən bəhs edilib. Dövlət qurumları ilə əlaqələrin qurulması, mövcud sahibkarlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində məsləhətlər verilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə