Gəncədə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qanvermə aksiyası təşkil olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, artıq bir neçə ildir ki, baş tutan könüllü qanvermə aksiyası respublikanın əksər şəhər və rayonlarını əhatə edir. Gəncədə keçirilən aksiya zamanı Mərkəzi Qan Bankının həkimləri donorların sağlamlıq vəziyyətini yoxlayıblar. Səhhətində problem olmayan şəxslərdən lazım olan miqdarda qan götürülüb. Səhər saat 9-dan başlayan aksiyada Gəncə şəhər Səhiyyə İdarəsinin işçiləri xüsusi fəallıq göstərib. Onlarla yanaşı, polis işçiləri, təhsil ocaqlarının tələbə və müəllim heyəti də donar kimi çıxış edib. Gün ərzində aksiyada 200-dən artıq şəhər sakininin iştirakı gözlənilir.
Qeyd edək ki, aksiya zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.


İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB