Avropa Oyunlarına möhtəşəm hazırlıq prosesi

Avropa Oyunlarına möhtəşəm hazırlıq prosesi

Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunları zamanı Azərbaycana gələn xarici turistlərin üz tutacağı əsas yerlər otellər olacaq. Belə ki, turistlər Bakının ən səviyyəli yerlərindən biri olan "JW Marriott Absheron Baku" otelinə gələcəklər. Sözügedən otel turistlərimizi yüksək səviyyədə qarşılamağa tam hazırdır.

Bunu SİA-ya açıqlamasında otelin mətbuat katibi Natəvan xanım bildirib: " "JW Marriott Absheron Baku" olaraq neçə vaxtdır hamı tərəfindən həvəslə gözlənilən böyük miqyaslı tədbir və tarixi hadisə olan "Baku 2015" Avropa Oyunlarına böyük maraq və məsuliyyətlə hazırlaşırıq. Biz fəxr edirik ki, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən bu əlamətdar layihədə bizim də iştirakımız vardır. Biz artıq bütün restoranlarımızı istifadəyə vermişik. Onların yeni dizayn və üslubda şəhərimizə təşrif buyuran qonaqlarımızın zövqünü oxşayacağına əminik. Qonaqlar bizim 5 yeni restoranımızda yerli və Avropa mətbəxlərindən olan dadlı təamların və ən eksklüziv içkilərin dadına baxa biləcəklər. Biz qonaqlarımızın məmnunluğunu qoruyub saxlamaq üçün daima öz işçilərimizə müvafiq sahədə treninqlər keçir, onlara qonaqpərvərlik sahəsinin incə detallarını öyrədirik. "JW Marriott Absheron Baku" olaraq həmişə olduğu kimi, bu layihədə də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyimizə əminik".

Bütün xəbərlər Facebook səhifəmizdə