Bu gün Bakı Ali Neft Məktəbində Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan "Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin sədr müavini Valeh Əsgərov, Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, bir sıra rəsmilər və media nümayəndələri iştirak edib.
Tədbir iştirakçılarını faşizm üzərində qələbənin 70 illiyi münasibətilə təbrik edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov prezident İlham Əliyevin qələbənin 70 illiyinin respublikada yüksək səviyyədə keçirilməsi ilə bağlı sərəncamını xatırladıb. Rektor bu qərarın verilməsini yüksək qiymətləndirib. "Ölkəmiz müharibədə 300 min nəfərdən çox vətəndaşını itirib. Bu o dövr üçün böyük rəqəm hesab olunurdu. Halbuki 50 milyon vətəndaşı olan Böyük Britaniya isə 400 minə yaxın insan itirib. Sovet İttifaqı qəhrəmanları marşal Aleksandr Mixayloviç, Georgi Jukov xatirələrində yazıb ki, Azərbaycan müharibə illərində olmayan işi gördü, hərbi hissələrə neft və neft məhsulları göndərdi, yüzlərlə tankı, təyyarəni öz nefti ilə təmin etdi. Odur ki, Azərbaycanın qəhrəmanlarının adı bu gün də Avropa ölkələrində hallanır".
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Böyük Vətən Müharibəsinin ağrı-acılarının hələ də minlərlə ailədə yaşandığını deyib. Qurum rəhbəri onu da diqqətə çatdırıb ki, müharibənin dəhşətlərini görən insanlar artıq sülhün qədrini bilməyə başlayıb, müharibənin danışıqlar yolu ilə həllini öyrəniblər: "Biz hamımız veteranlardan həyata baxışı öyrənməliyik", deyən deputat Prezident İlham Əliyevin başçılığı altında işğal olunmuş torpaqlarımızın da geri qaytarılacağına əminliyini dilə gətirib.
Daha sonra müharibə veteranlarına mükafatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB