"Azərbaycan multikulturalizmi nədir? Azərbaycan təcrübəsi nə göstərir? Qərbin multikulturalizmə skeptik yanaşdığı bir zamanda Azərbaycanın multikultural təhlükəsizlik konsepsiyasına üstünlük verməsi nə ilə şərtlənir?". Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Londonda BBC-də keçirdiyi dəyirmi masada səslənən suallar müxtəlif olsa da, onların hamısını bir cəhət birləşdirirdi - Azərbaycan multikulturalizmini anlamaq, dünya multikulturalizm təcrübəsində onun yerini müəyyən etmək. SİA-nın Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, BBC World Action Xidmətinin Yaxın Şərq və Avropa üzrə regional direktoru Simon Derri dəyirmi masanın qonaqlarını salamlayaraq fikir mübadiləsinin xeyirli olacağına ümidvar olduğunu bildirib.
BBMM-in icraçı direktoru prof. Azad Məmmədovun ətraflı təqdimatı məsələyə aydınlıq gətirməklə yanaşı, dünyanın ən multikultural şirkətlərindən biri sayılan BBC-nin əməkdaşlarında yeni suallar doğurdu. "Azərbaycandakı millətlər və dinlər arasındakı harmoniya tarixən hansı köklərdən qidalanır və bu gün onun inkişafı üçün əlverişli mühit yaradılıbmı?".
Bu sualın ikinci hissəsinə cavab qonaqlardan deyil, dəyirmi masanın təşkilatçısı BBC World Action Xidmətinin layihələr üzrə meneceri xanım Elli Havortzdan gəlib. 6 ildən çoxdur ki, Azərbaycanda Avropa Şurasının jurnalistika tədrisi ilə bağlı ən böyük layihələrindən birini çalışdıran xanım Havortz həmkarları ilə özünün Azərbaycan təcrübəsini bölüşüb. O, 2012-2013-cü illərdə Humanitar Forumun iştirakçısı kimi Qubaya və Naxçıvana səfərlərini, şahidi olduğu mültikultural mühiti məmnunluqla xatırlayıb.
Azərbaycan mediasında multikulturalizmin işıqlandırılması ilə bağlı sualı cavablandıran BBMM-in müşaviri Aynur Bəşirli bu mövzunun çox həssas bir mövzu olduğunu, jurnalistlərdən məsələyə bələdlik və yüksək peşəkarlıq tələb etdiyini vurğulayıb. O bildirib ki, Mərkəz jurnalistlər üçün multikultural mövzularda necə yazmağı öyrədən təlimlər təşkil etməyi planlaşdırır. Bakı Slavyan Universitetin Jurnalistika fakültəsində seçmə fənn kimi "Multikultural jurnalistika" fənninin tədrisi nəzərdə tutulur. E.Havortz Avropa Şurasının layihəsi çərçivəsində də bu ideyanın dəstəkləndiyini, onun tezliklə gerçəkləşəcəyinə əmin olduğunu bildirib. A.Bəşirli bu yaxınlarda Bakı Slavyan Universitetində Azərbaycan Multikulturalizmi kafedrasının yaradılmasını diqqətə çatdıraraq, bu kafedranın Azərbaycan və dünya multikulturalizminin akademik müstəvidə öyrənilməsi və multikulturalizmin bir fənn kimi tədrisinin təşkilində olduqca lazımlı qurum olduğunu qeyd edib.
Azad Məmmədov "Azərbaycan multikulturalizmi" fənninin təkcə ölkədə deyil, həmçinin yeddi xarici universitetdə tədris olunduğunu, sentyabrdan etibarən isə bu universitetlərin sayının artacağını qeyd edib. İcraçı direktor Mərkəzin mütəmadi olaraq virtual masalar keçirdiyini söyləyib. Onun BBC-nin dəyirmi masa iştirakçılarını növbəti virtual dəyirmi masalardan birinə qatılmaq təklifi böyük maraqla qarşılanıb. Birinci virtual masanın Azərbaycan-rus-ingilis dillərində çıxmış broşuru iştirakçılara paylandı və BBC-nin kitabxanasına verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB