Gəncədə Ümumdünya Əməyin Mühafizəsi Günü münasibəti ilə bağlı tədbir keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində təşkil olunan tədbirdə dünya ictimaiyyətinin diqqətinin əməyin mühafizəsi kimi aktual bir məsələyə cəlb edilməsinin vacibliyindən danışılıb. Vurğulanıb ki, respublikamızda əməyin mühafizəsi dövlətimizin sosial siyasətinin əsas tərkib hissələrindən biridir. İş yerlərində təhlükəsiz və sağlam həyat şəraitinin yaradılıması, peşə risklərinin düzgün qiymətləndirilməsi, iş yerlərində atestasiyaların aparılması, əmək qanunvericiliyinin əsas tələblərindəndir. Bu tələblərin yerinə yetirilməməsi bəzən istehsalatda bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Sevindirici haldır ki, yola saldığımız 3 ay ərzində 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin əhatə etdiyi regionda istehsalatda ölüm faktına rast gəlinməyib. Müfəttişliyin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı 50 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb. Qanunu pozan fiziki şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında 19 min manatlıq cərimə tətbiq edilib və həmin vəsait dövlət büdcəsinə köçürülüb. 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Gəncə şəhəri ilə yanaşı Samux, Göygöl rayonlarını da əhatə edir. İşlərini yaxşı təşkil etdiyinə görə bu regiondakı 3 istehsal müəssisəsi fəxri fərmanla təltif edilib.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB